Tələbələr Ədəbiyyat İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

Tələbələr Ədəbiyyat İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ali təhsil ocaqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə əsasən istehsalat təcrübəsi keçəcək tələbələrlə tanışlıq iclası keçirilib.

Ədəbiyyat İnstitutundanAZƏRTAC-a bildirilib ki, icraçı direktor Mehman Həsənli institutun tarixi, elmi-tədqiqat istiqamətləri, əldə olunmuş nailiyyətlər haqqında ətraflı məruzə edərək tələbələri istehsalat təcrübəsində aktiv iştirak etməyə çağırıb.

İclasın sonunda Təhsil şöbəsinin müdiri Samir Səttarov tələbələri şöbələrə bölərək onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Ədəbiyyat İnstitutunda mayın 25-dək Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Bakı Avrasiya Universitetlərinin IV kurs tələbələri elmi-tədqiqat və istehsalat təcrübəsi keçəcəklər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed