Tələbələrin elmi yükü çoxalır - YENİ fənn gəlir

Tələbələrin elmi yükü çoxalır - YENİ fənn gəlir

Azərbaycanın ali məktəblərində yeni fənlərin tədrisinə başlamaq nəzərdə tutulur.

Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov Trend-ə bildirib ki, artıq I kursda bakalavrlara "Akademik yazı" fənninin keçirilməsi planlaşdırılır: "Akademik yazı" tələbənin apardığı elmi araşdırmanın yazılı təqdimat formasıdır. Bütün dünyada tədqiqatçının məqalə yazmasının standart bir forması var. Dünyada elmi jurnallar həmin formaya uyğun gəlməyən məqaləni qəbul etmirlər. Bu, bir yazı mədəniyyətidir. Bu gün bizim tələbələrin həqiqətən də bu yazı mədəniyyəti ilə bağlı problemləri var, onların elmi məqalə yazmaq mədəniyyətləri formalaşmayıb. Buna görə də tələbələrimizə aşılamalıyıq ki, onlar öz fikirlərini yazılı formada başqalarına necə çatdıra bilərlər".

N.İbrahimov deyib ki, "Akademik yazı" tələbələrə bir semestr ərzində keçiriləcək.

Onun sözlərinə görə, bundan başqa, ali məktəblərdə "Tədqiqat üsulları" fənninin də plana daxil edilməsi nəzərdə tutulur. Bu fənnin bakalavriat səviyyəsi ilə yanaşı, magistratura səviyyəsində də oxuyanlar üçün keçirilməsi planlaşdırılır.

Nazirlik rəsmisi bildirib ki, "Tədqiqat üsulları" fənnini plana daxil etməkdə məqsəd tələbələrdə tədqiqat aparmağa meyil yaratmaqdır.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed