Televizora baxmaqdan imtina etdi və 700 bal yığdı

Televizora baxmaqdan imtina etdi və 700 bal yığdı

Milli.Az qəbul imtahanında 700 bal toplayan Arzu Həsənli ilə müsahibəni təqdim edir.

Həsənli Arzu Ədalət qızı 1999-cu il, aprel ayının 2-də Bərdə şəhərində anadan olub. 2004-cü ildə Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyinin 1-ci sinifinə daxil olub və 2015-ci ildə bu məktəbi əla qiymətlərlə bitirib. Təhsil aldığı müddətdə hər il Fəxri Fərmanla təltif olunub. Ölkədə keçirilən ictimai tədbirlərdə hər zaman fəal iştirak edib. Respublika üzrə keçirilən bilik yarışmalarında iştirak edərək, təhsil aldığı məktəbi layiqincə təmsil edib. TQDK-nın 2015/2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayaraq Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasına qəbul olub.

- 700 ballıq nəticəni nələrin sayəsində əldə edə bilmisən? Bunun üçün xüsusi istedad olmalıdır, yoxsa burada şans hansısa rol oynayır?

-Atalar demiş: işləməyən dişləməz. Məncə, 700 balı toplamaq üçün xüsusi bir istedada sahib olmaq mütləq deyil, sadəcə gündəlik dərslərə mütəmadi olaraq hazırlaşmaq, müəllimlərə diqqətlə qulaq asıb, verilən tapşırıqları vaxtında yerinə yetirmək lazımdır. Mən də belə etdim, məktəbə getdiyim ilk gündən etibarən dərslərimə məsuliyyətlə yanaşdım, yuxarı siniflərə keçdikcə isə qarşıma daha böyük bir məqsəd qoydum: universitetə ən yüksək balla daxil olmalıyam və məqsədimə nail olmaq üçün də əlimdən gələni etməliyəm. Onu da qeyd edim ki, mənim heç vaxt boş vaxtım olmayıb, çünki bütün fikirlərimi dərslərimə cəmləmişdim. İstirahət vaxtımı isə ancaq qidalanmağa və yuxumu almağa çatdırırdım. Hazırlıq müddətində televizora baxmaqdan və başqa əlavə işlər ilə məşğul olmaqdan tamamilə imtina etmişdim. Qəbul imtahanından əvvəl keçirilən sınaqların hamısında iştirak etmişdim. TQDK sınaqlarında ən yüksək balım 670 olmuşdu. İştirak etdiyim sınaqların mənə xeyli köməyi oldu. Belə ki, hər sınaqda çətinliyim olan mövzular aşkara çıxdıqca həmin mövzuların üzərində daha çox çalışırdım. Şükür ki, çəkdiyim əziyyət hədər getmədi. Mənə göstərilən bütün etimadları və öz güvənimi 700 ballıq nəticə əldə etməklə doğrultdum.

-Qəbul imtahanı necə keçmişdi? İmtahandan əvvəl və imtahandan sonraki xatirələrin sənin üçün hansı təəssüratlarla yadda qalıb?

-Qəbul imtahanı çox yüksək səviyyədə keçdi. İmtahan zamanı nəzarətin güclü olması məni tam qane etmişdi. Doğrusu, imtahandan öncə çox həyəcanlı idim. Özümə inansam da, müəyyən qədər tərəddüd, həyəcan var idi. Sual kitabçasını aldıqdan sonra ilk öncə asan suallardan başladım ki, həyəcanım az da olsa keçsin və məncə, bunun çox köməyi oldu. İmtahandan sonra isə sualların hamısını düzgün cavablandırdığıma əmin oldum. Ancaq biləndə ki, 700 bal toplamışam, o zamankıkeçirdiyim sevinc hisslərimi sözlə ifadə etmək mümkün deyildi. Sevincimi ilk olaraq ailəmlə daha sonra isə müəllimlərim və başqa yaxınlarımla bölüşdüm. Onlar damənim bu uğuruma ürəkdən sevindilər və mənə görə fəxr hissi keçirdiyini dedilər.

-Niyə məhz bu ixtisası və BANM-i seçdin? Bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

-Bilirdim ki, BANM-ə qəbul olmaq üçün yüksək bal toplamalıyam və bunun üçün var gücümlə çalışırdım. Həm də ölkəmizdə neft-qaz sənayesi ən inkişaf edən sahələrdən biri olduğuna görə, yüksək ixtisaslı mühəndislərə tələbatın çox olduğunu düşünüb "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasını seçməyə qərar verdim. Həmçinin, bu ixtisas üzrə az sayda olan peşəkar mütəxəssislərdən biri olaraq seçilmək istəyirəm. Niyə məhz bu ali məktəb sualına gəldik də isə, deyə bilərəm ki, BANM-dəki yüksək keyfiyyətli , ingilisdilli, ödənişsiz təhsilin olması, tələbələrin hərtərəfli inkişafı üçün yaradılan geniş imkanlar və şərait, gələcəkdə tələbələrin işlə təmin edilməsi, nüfuzlu və peşəkar müəllimlər tərəfindən dərslərin keçirilməsi, bir sözlə hər bir cəhətdən digər ali məktəblərdən lider mövqeyi ilə seçilməsi məni bura cəlb etdi. Ağlımda ancaq BANM olub və heç vaxt alternativini düşünməmişəm. Belə ki, qəbulda 15 ixtisas kodu verilsə də, mən əminliklə ancaq 1 ixtisas kodunu yazdım, çünki BANM-ə qəbul olub və beynəlxalq səviyyəli mühəndis kimi yetişmək mənim əsas hədəfimdir.

-Ən böyük arzun nədir?

-Ən böyük arzum 700 bal toplayaraq BANM-ə qəbul olmaq idi və şükür ki, bu arzuma çatdım. İndi isə arzum ali təhsilimi BANM-də fərqlənmə ilə bitirib gələcəkdə peşəkar mühəndis olmaq və vətənim üçün çalışmaqdır.

-Özünü gələcəkdə harada görürsən və gələcək üçün planların hansılardır?

-BANM-in tələbəsi olmaq artıq gələcəyimin parlaq olacağından xəbər verir. Belə ki, niyyətim bu Ali Məktəbi fərqlənmə ilə bitirdikdən sonra magistratura üzrə təhsilimi xaricdə davam etməkdir. Magistr təhsilimdən sonra isə SOCAR-da işləməyi planlaşdırıram. Bunun üçün də yenə səylə çalışacağam ki, digər arzularıma da çatım.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__12849706

ehsen

Qonaq__12554732

ELA COX GOZEL SIZI TEBRIK EDIREM . INSALAH ALLAHIN KOMEYI ILE GELECEKDE K PLANLARINIZ YERINE YETER.XAIS EDIREM MENE ARZU HESENLININ OXUDUGU KITABLARIN SEKILLLERINI GONDERESINIZ.

Qonaq__12865528

Ehsen halal olsun heqiqeten mende bu qalan bir ilimi Arzu kimi caliwacagam.Hercend ki bir az gecikmiwem.

bad_wich

Aferin.

Qonaq__12880252

TEBRİKLER MEN DE İSTEYİREM QARSİMA MEQSED QOYMUSAM İNŞALLAH... ÇATARAM BUNDAN SONRAKI İŞLERİNİZDE UĞURLAR!

Qonaq__12613509

insallah mende seninkimi 700 bal toplayacam AMIN benim ucun de dua edin

Qonaq__12749340

AFERIN SENE COX EZIYYET CEKIPMIS 700 BAL EN YAXI BALDIR

Qonaq__12892731

ehsen

Qonaq__11830624

halaldi..

Qonaq__12893984

haladir

Qonaq__11050211

men de yaxsi oxuyuram insallah mende megsedime cataram adu-ya girerem tercumeci olaram

Qonaq__12895052

aferin

Qonaq__12899146

Inwallah mende senin kimi olaram menim cun de dua et

Qonaq__12904944

mende senin kimi olacam

Qonaq__12870639

tebrikler size

Qonaq__12911069

halaldi insallah mende onun kimi yuksek bal topluyacam

Qonaq__12919790

Ehsen

Qonaq__12927713

indi məndə hazırlıqa başlayacam və inşallah senin kimi700 balla girerem və arzuma cataram ayallahım meqsedme catdr amin senede uğurlar menede tebrk edrem

Qonaq__12933318

Uğurlar!!!

Qonaq__11013067

halaldi arzu

Qonaq__11236630

mən də çox çalışacam və inşallah onunkimi yüksək bal toplayacam

Qonaq__12817555

Halal olsun

Qonaq__14799464

Hər birimizə uğurlar.

Səhr yaz

......