Tibb Universitetində yenilik ola bilər

Tibb Universitetində yenilik ola bilər

"Əvvəl fənnin kredit yükündən asılı olaraq, internetdə 700-1000 arası sual yerləşdirilirdi. Tələbələr bütövlükdə bütün suallarla tanış olurdu və hər kəs tanış olduğu suallar içərisindən testə düşən 50 sualı cavablandırırdı. Sonradan gördük ki, tələbələr əzbərçiliyə gedir". Bunu Azərbaycan Tibb Universitetinin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev deyib.

Prorektor bildirib ki, bunu nəzərə alaraq sualların qoyuluşunda dəyişiklik edilib:"Artıq üçüncü ildir ki, testə açıq sual adlandırılsa da, əslində qapalı olan çoxcavablı suallar salırıq. Birinci il sualların içərisindən cəmi 5 sualı gizli sual kimi verdik. Bunlar tələbələrin nəzərinə çatdırılan suallar deyil və bir neçə cavabı var. Sadəcə olaraq tələbələrə bu suallara necə hazırlaşmağın yollarını göstəririk. Keçən il bu cür sualların sayını 10-a çatdırdıq və nəticədə tələbələrin xüsusən təməl fənlərindən topladıqları balların miqdarı xeyli azaldı. Ən yüksək balı yalnız çox istedadlı tələbələr toplaya bilirlər”.

S.Əliyev sualların sayının da yarıya, yəni 50-dən 25-ə endirildiyini söyləyərək qeyd edib ki, əvvəllər 50 sualın hərəsinə bir bal verilirdisə, indi 25 sualın hər birinə iki bal verilməklə, bütövlükdə 50 bal limiti saxlanılır:

“Fərq ondadır ki, tələbə 15 sualla internetdə tanış olaraq 30 balı toplamaq imkanı əldə etsə də, 50 balın qalan 20 balını ancaq gizli suallara görə qazana bilər”.

Tələbələrin məşğələ dərslərindən topladıqları balın miqdarı ilə bağlı mövcud problemə də toxunan prorektor bildirib ki,təməl fənlərdən fərqli olaraq kliniki fənlərdə bu məsələ hələ tam həllini tapmayıb:

“Gələcəkdə əsas hədəfimiz gizli sualların sayını 15-ə çatdırmaq, klassik testlərlə paralel imtahanın yazılı formasından da istifadə etməkdir”

S.Əliyev test üsulunun tətbiqi ilə əlaqədar imtahanların sayının 2-3 dəfə artdığını da qeyd edib. O, universitetin rektoru, professor Gəray Gəraybəylinin bu istiqamətdə çox zəruri, həm də radikal qərarlar qəbul etdiyini diqqətə çatdıraraq bildirib ki, tematik planları itirmədən, yəni mövzular saxlanılmaqla bəzi imtahanları ləğv ediblər, bəzi fənləri birləşdirməklə əlavə imtahanların sayını azaldıblar.İndi isə imtahanın sayını 10-dan 7-yə endirmək hədəf götürülüb.

Prorektor ictimai nəzarət şurasının üzvlərinə bu tədris ilindən etibarən IV-V kurslarda praktiki məşğələlərin artıq kurasiya şəklində deyil, qoşa saat formasında keçirilməsi haqqında da məlumat verərək bildirib ki, kliniki fənlərdən əksər hallarda ardıcıl olaraq iki qoşa saat təşkil edən və semestr boyunca paylaşdırılan bu dərskeçmə formatı praktiki məşğələlərin keyfiyyətini artıraraq daha geniş imkanlar açıb, fənn proqramının daha yaxşı mənimsənilməsini və tələbələr tərəfindən davamiyyət limitini aşmamaq baxımından daha optimal şərait yaradıb.

Bu tədris ilindən başlayaraq III, IV, V kurslarda əvvəllər yay vaxtı keçirilən istehsalat təcrübəsinin semestr boyunca dərs cədvəlinə salınmasını da düzgün yanaşma hesab edən universitet rəsmisi deyib ki, bu yeniliyin tətbiqinə qədər həmin kurslarda kəsri qalan tələbələr yay semestrində iştirak edə bilmirdilər.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed