“Türk dillərinin intensivlik qrammatikası” kitabı çapdan çıxıb

“Türk dillərinin intensivlik qrammatikası” kitabı çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Türk dillərinin intensivlik qrammatikası” kitabı nəşr olunub.

AZƏRTACxəbər verir ki, Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunan kitabın elmi redaktorları professorlar Qəzənfər Kazımov və Mahirə Hüseynova, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Xəyalə Mürsəliyeva və Zamiq Təhməzovdur.

Kitabda ilk dəfə türk dillərinin intensivlik kateqoriyasının leksik, qrammatik, frazeoloji və s. özəllikləri işıqlandırılıb. Dilin bütün sferalarında intensivlik əlamətinin yaranmasının səbəbləri və ifadə vasitələri müəyyənləşdirilib. Nəşrdə fonetik, qrafik, leksik, morfoloji, sintaktik və frazeoloji vasitələrin rolu təyin olunub.

Kitabdan universitet tələbələri, magistrlər, elmi işçilər və müəllimlər istifadə edə bilərlər.

  • Paylaşmağı unutma

Səhr yaz

......