Türkiyədə maqnitudası 3-dən çox olan 1 415 yeraltı təkan qeydə alınıb

Türkiyədə maqnitudası 3-dən çox olan 1 415 yeraltı təkan qeydə alınıb

"Fevralın 6-dan 13-dək Türkiyədə maqnitudası 3-dən çox olan 1 415 yeraltı təkan qeydə alınıb".

"Report"xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bakı Dövlət Universitetində Azərbaycanın müasir seysmodinamik şəraiti haqqında danışarkən deyib.

Onun sözlərinə görə, həmin müddətdən bəri qardaş ölkədə 10 mindən çox afterşok olub və hazırda da davam edir, bundan sonra da bir neçə ay davam edəcək.

Q.Yetirmişli bildirib ki, Türkiyənin geoloji quruluşu başqadır: "Ona görə də orada baş verən yeraltı təkanların ölkəmizə heç bir təsiri ola bilməz. Yəni oradakı zəlzələlərin Azərbaycandakı zəlzələ ocaqlarının oyanmasına təsiri yoxdur".

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed