Üç dövlət qurumu yeniyetmələrlə bağlı yeni metodikanın tətbiqinə başlayır

Üç dövlət qurumu yeniyetmələrlə bağlı yeni metodikanın tətbiqinə başlayır

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə 15-17 yaxşı yeniyetmələr arasında yeni metodikanın tətbiqinə başlayırıq.

"Report"xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, yeni metod yalnız məsləhət verməyi nəzərdə tutur:

"Heç kimi məcbur edə bilmərik ki, kimsə mütləq hansısa istiqaməti seçsin. Biz bu metodika ilə bağlı bir sıra araşdırmaları incələdikdən sonra onun tətbiqini önəmli hesab etdik. Həmin metodikanı Dövlət İmtahan Mərkəzinin saytından başqa psixoloq.az adlı saytımızda da qoymuşuq. Valideynlərlə birgə yeniyetmələr istəsələr özləri müzakirə üçün məlumat əldə etsinlər. Heç ixtisas seçməmişdən əvvəl, 9-10-11-ci siniflərdə hansı istiqamət üzrə ali məktəbə hazırlaşırlarsa, düzgün seçim etsinlər. Burada çox vacib məsələ maarifləndirmə tədbirləridir. Hesab edirəm ki, bizim bu qurumlarla birgə işimiz daha uğurlu ola bilər"

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed