Ucqar kənd və şəhər şagirdlərinə olan tələblər fərqli olmalıdır

Ucqar kənd və şəhər şagirdlərinə olan tələblər fərqli olmalıdır

Monitorinq imtahanlarında qapalı tipli tapşırıqlarla müqayisədə açıq tipli tapşırıqlara cavab verməkdən imtina edənlərin faizi xeyli yüksəkdir, xüsusilə "siz necə düşünürsüz" tipli suallarda imtinaların sayı daha yüksək - 70 %-dir.

Milli.Az xəbər verir ki, Dövlət İmtahan MərkəzindənTrend-ə verilən məlumata görə, bunu DİM-in Direktorlar Şurasının sədriMəleykə Abbaszadədeyib.

Azərbaycan dili, rus dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq imtahanlarının nəticələrini təqdim edən M.Abbaszadə bildirib ki, 2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan dili və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur, lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur. İngilis dili fənni üzrə monitorinq imtahanları yalnız 2017-ci ildə keçirilmişdir. Sədr bununla bağlı sədr qeyd edib ki, problemin həlli yolunun müəyyən edilməsi üçün həmin suallar əsasında xarici dil müəllimləri üçün (hər hansı seçmə əsasında) imtahan keçirilməlidir.

Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, Şura üzvü Ceyhun Bayramov bildirib ki, belə imtahanlar nazirlik tərəfindən Azərbaycan dili və ədəbiyyat, eləcə də riyaziyyat müəllimləri üçün keçirilmiş və nəticələr təhlil olunmuşdur. Müzakirələr zamanı qeyd olunmuşdur ki, ingilis dili fənni üzrə şəhər və ucqar kənd məktəbləri şagirdləri üçün eyni tələblər qoymaq düzgün deyil.

Milli.Az

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed