UFAZ tələbələri beynəlxalq yarışda 1-ci oldu

UFAZ tələbələri beynəlxalq yarışda 1-ci oldu

Azərbaycanlı tələbələrin beynəlxalq arenadauğurları davam edir.Növbəti uğur UFAZ tələbələrindən gəlib.

Modern.azxəbər verir ki, "ActInSpace-2022 Azərbaycan" hakatonunun qalibi olan UFAZ-ın "Nexus" komandasıFransanın Kann şəhərində keçirilən "ActInSpace" Beynəlxalq Finalında 1-ci yer qazanıb.

UFAZ tələbələri Ömər Nuruzadə, Emin Xəlifəyev, Gülər İsmayılova, Sənan Çaharkama və Araz Şəfiyevdən ibarət Nexus komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarını azaltmaq üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif edib. Qaliblər “Airbus 310 Zero G” Qran-Pri mükafatını - çəkisizlik şəraitində uçuş imkanı əldə edib.

Bundan əlavə, "Nexus" komandası finaldan əvvəl Avropa İttifaqı Kosmik Proqramlar Agentliyinin (EUSPA) xüsusi mükafatını qazanıb. EUSPA mükafatı sabahın innovatorlarını bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyən və ya enerji səmərəliliyi və qənaətini yaxşılaşdıra biləcək məhsul və xidmətləri inkişaf etdirməyə çağırır.

Qeyd edək ki, "ActInSpace" Fransa Milli Kosmik Araşdırmalar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyi (ESA) tərəfindən təşkil olunan kosmik texnologiyaların cəmiyyət üçün istifadəsini nəzərdə tutan beynəlxalq hakatondur. Ümumilikdə, bu il yarışmada 35 ölkənin 66 şəhərini təmsil edən komandalar iştirak edib.

Hakaton-proqramçılarınbirləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Sözün mənşəyi ingiliscə "hack" və "marathon" sözləri ilə bağlıdır və "haker marafonu" mənasını verir. Hakatonun əsas məqsədi keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı vəhakerlərinöz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaqdır.

Tələbələrimizi təbrik edir, onlara daha böyük nailiyyətlər arzulayırıq!

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed