UNEC-in Zaqatala filialında Ulu Öndərin 100 illik yubileyi qeyd olunub

UNEC-in Zaqatala filialında Ulu Öndərin 100 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbir keçirilib.

Tədbirdən öncə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-dənAZƏRTAC-a bildirilib ki, tədbirdə filialın direktor müavini dosent Həqiqət Qədimova bütün ömrünü xalqının tərəqqisinə, yüksəlişinə, inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının ən parlaq və qüdrətli şəxsiyyətlərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi mənalı ömür yolunun, xalqının yolunda göstərdiyi misilsiz xidmətlərin müasirlərimiz və gələcək nəsillər üçün əsl örnək olduğu vurğulanıb.

Tədbirdə Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri dosent Səfər Razıyev Ulu Öndər Heydər Əliyevin keçdiyi zəngin və şərəfli həyat yolundan bəhs ediblər.

Sonda Heydər Əliyevin həyat yolundan bəhs edən sərgiyə baxış keçirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed