UNEC: “Oxu və paylaş” sosial media müsabiqəsinə start verilir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” kampaniyası çərçivəsində “Oxu və paylaş” sosial media müsabiqəsini elan edir.
UNEC-dənAZƏRTAC-a bildirilib ki, “Top 10”da yer alanlar sertifikat, ilk 3-lükdə yer alanlar kitab hədiyyəsi, qalib isə xüsusi hədiyyə ilə mükafatlandırılacaq.
Müsabiqənin nəticələri dekabr ayında açıqlanacaq.