Universitet kitabxanalarının tədris və elmi tədqiqat prosesində əhəmiyyəti: təhlil və qiymətləndirmə

Universitet kitabxanalarının tədris və elmi tədqiqat prosesində əhəmiyyəti: təhlil və qiymətləndirmə

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli”nə həsr olunan Elm festivalı çərçivəsində Kitabxana İnformasiya Mərkəzi (KİM) tərəfindən “Universitet kitabxanalarının tədris və elmi tədqiqat prosesində əhəmiyyəti: təhlil və qiymətləndirmə” mövzusunda seminar keçirilib.

UNEC-dənAZƏRTAC-a bildirilib ki, seminarda KİM-in direktoru Adilə Abdullayeva universitetin fəaliyyəti barədə məlumat verib. O, kitabxanada UNEC alimlərinin əsərlərinin xaricdə təbliği, həmin əsərlərin dünya kataloquna daxil edilməsi və dünya mədəni irsinin bir nümunəsi hesab olunması istiqamətində tədqiqatlar aparıldığını diqqətə çatdırıb. Dünya kataloqundakı bazalarda Nizami Gəncəvi irsinin, Qarabağ mövzusunun araşdırıldığını, bu il isə Heydər Əliyev irsinin dünya kitabxanalarında araşdırılacağını qeyd edib.

A.Abdullayeva KİM tərəfindən Elm festivalı çərçivəsində görülən işlərdən də danışıb. Dörd dildə 200-ə yaxın həm yerli, həm də xarici alimlərin kitablarından ibarət sərginin təşkil edildiyini bildirib.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed