Universitetlərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları təsdiqlənib
“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirməMeyarları” təsdiqlənib.
“Report”un məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Hər bir qiymətləndirmə meyarı üzrə toplanılan maksimal bal indikatorların sayından asılı olaraq müəyyən edilir. Hər bir indikator üzrə maksimal bal 3-dür. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.