Uşaq bağçaları indi kimə tabe olacaq?

Uşaq bağçaları indi kimə tabe olacaq?

Məktəbəqədər təhsil müəssisələrinin yaxın zamanlarda yenidən Təhsil Nazirliyinin tabeçiliyinə veriləcəyi barədə məlumatlar var.

Milli.Az bildirir ki, modern.az-a danışan ekspertlər qeyd ediblər ki, bu müəssisələr icra hakimiyyətlərinə veriləndən sonra xeyli problemlər yaşanıb. Hətta icra hakimiyyətləri uşaq bağçalarına "JEK"lərə olan münasibəti göstərirlər.

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylimodern.az saytına açıqlama verib.

Oqeyd edib ki, yaxın vaxtlarda "Məktəbəqədər təhsil müəssisələri haqqında" qanun layihəsinə baxılacaq.

"Bunun üçün işçi qrupu formalaşdırlıb, dünyada mövcud olan təcrübə öyrənilir, mütəxəssislər iş aparır:

"Yaxın günlərdə işçi qrupunun ilk iclası olacaq. Burada məktəbəqədər təhsillə bağlı ən geniş vəzifələr, məqsədlər, məktəbəqədər təhsilin əhatə dairəsi, strategiyası ilə bağlı məsələlər öz əksini tapacaq. Məktəqədər təhsil müəssisələrinin hansı icraedici orqanın tərkibində qalması ölkə başçısının fərmanı və sərəncamı ilə müəyyən olunur və qanunvericiliyin subyekti deyil. Azərbaycanda məktəbəqədər proses bir müddət əvvəl keçmiş sistemdən yeni sistemə keçidlə əlaqədar durğunluq yaşayırdı. Son vaxtlar aparılan müşahidələr onu göstərir ki, Azərbaycanda məktəbəqədər təhsil şəbəkəsi genişlənir, məzmunca da konkret hədəflər alır. Bu istiqamətdə problemlər də var, amma inkişaf sürəti nəzərə çarpacaq səviyyədə gələcəyə nikbin baxmağa əsas verir".

Əldə etdiyimiz məlumata görə, yeni qanun layihəsinin müzakirəyə çıxarılması məhz məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması üçündür.

Milli.Az

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__16506774

bizim serhimiz var amma sertimizde var

Qonaq__16624731

5-ci qrup qabiliyyet imtahani ne vaxtdir zehmed deyilse deyin

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed