Valideyn övladının summativ qiymətləndirmə vərəqinə baxa bilər?-Dəqiq CAVAB

Valideyn övladının summativ qiymətləndirmə vərəqinə baxa bilər?-Dəqiq CAVAB

Son zamanlar valideynlər tərəfindən ən çox ünvanlanan suallardan biri də summativ qiymətləndirmələrlə bağlıdır.

Belə ki, bəzi valideynlər övladlarının summativ qiymətləndirmə vərəqlərinə baxmaq üçün müraciət etdikləri zaman buna icazə verilməməsilə bağlı narazılıqlarını bildirilər.Bəs Valideynlər övladlarının summativ qiymətləndirmə vərəqinə baxa bilərmi?Elə bir qayda, yaxud buna icazə var?

Mövzu ilə bağlıLaçın rayon Taxtakörpü kənd tam orta məktəbinin direktoru Şəbnəm CəbrayılAzEdu.az-a açıqlamasında qiymətləndirmə ilə bağlı müvafiq konsepsiyanın olduğunu bildirib:

“Valideyn və şagirdin summativ qiymətləndirmənin cavabına etirazı varsa, bu zaman onlar qiymətləndirmə ilə bağlı məktəbdə yaradılmış appelyasiyaya müraciət edirlər. Əgər həqiqətən də şagird haqlıdırsa, summativdə ciddi problem varsa, o zaman o yenidən imtahan olunur. Əslində qiymətləndirmə haqqında konsepsiya var, düşünürəm ki, bu barədə orada qeyd olunub. Yəni əgər valideyn summativ qiymətləndirmədə öz övladına qarşı haqsızlıq olduğunu düşünürsə, məktəb appelyasiyasına müraciət edir, işə yenidən baxılır. Nəticədə şikayətçi haqlı görülərsə, şagirdin qiymətləndirilməsinə yenidən baxılır”.

Ağdam rayon, 91 saylı tam orta məktəbin direktoru Nemət RüstəmliAzEdu.az-a açıqlamasında valideyn və şagirdin nəticədən narazı olacağı təqdirdə appelyasiyaya müraciət edə biləcəyini vurğulayıb:

“Əksər məktəblərdə, həmçinin bizdə də şagirdlər qiymətlərindən narazı olduqda ya özləri, ya da valideynləri yazılı şəkildə məktəb rəhbərliyinə müraciət edir. Onun summativ qiymətləndirməsinə baxılır, yoxlanılmada xəta varsa düzəliş edilir.Şagirdə qiymətindən narazı olacağı təqdirdə yenidən imtahan vermə şəraiti yaradılır. Yəni valideyn nəticəyə baxa bilər, burada heç bir problem yoxdur”.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed