Vəkil olmaq istəyənlər üçün keçirilən imtаhаn başa çatıb
Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Bu barədə"Report"a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün 338 namizəd qeydiyyatdan keçib. 6 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 332 namizəddən 132 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 10,11 və 14 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir.