VII qrant müsabiqəsinə hazırlıqla bağlı təlim

VII qrant müsabiqəsinə hazırlıqla bağlı təlim

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə hazırlıqla bağlı (onlayn və əyani qaydada) təlimlər keçirilib.

BŞTİ-dənAZƏRTAC-a bildirilib ki, müəllimlər üçün onlayn qaydada təşkil olunmuş ikigünlük təlimlərə 500-dən artıq, direktor və direktor müavinləri üçün əyani qaydada keçirilən dördgünlük təlimlərə isə 100-dən artıq iştirakçı cəlb edilib. Təlimlərdə iştirakçılara layihələrin yazılması və idarəolunması, müsabiqə mövzuları, şərtləri, müsabiqəyə təqdim olunacaq sənədlərlə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu martın 31-dəkwww.grants.edu.azsaytı üzərindən həyata keçiriləcək.

Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed