VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır

VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır

Fevralın 15-dən təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu başlayır.

Bu barədəAZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dəkwww.grants.edu.azsaytı üzərindən həyata keçiriləcək.

Qrant müsabiqəsi barədə ətraflı məlumatıelanvasitəsilə əldə etmək olar.

  • Paylaşmağı unutma

Səhr yaz

......