Vışeqrad Fondunun təqaüdləri üçün ərizə qəbuluna başlanıb

Vışeqrad Fondunun təqaüdləri üçün ərizə qəbuluna başlanıb

Beynəlxalq Vışeqrad Fondu tərəfindən verilən təqaüdlər üçün ərizə qəbuluna başlanıb.

“Report” xəbər verir ki, bu barədə Çex Respublikasının Azərbaycandakı səfirliyi məlumat yayıb. Ərizəqəbulu 2022-ci ilin 15 mart tarixinədək davam edəcək.

Qeyd edək ki, Vışeqrad Qrupu ölkələri, yəni Çex Respublikası, Polşa, Slovakiya, Macarıstan tərəfindən təsis edilmiş Vışeqrad Fondunın təhsil təqaüd proqramı olan “Visegrad Scholarship Program” Vışeqrad Qrupu, Qərbi Balkanlar, habelə Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycan üçün nəzərdə tutulur.

Proqramın maliyyəsi magistratura və doktorantura proqramları üçün ayrılır. Proqramın iştirakçılarıÇex Respublikası, Polşa, Slovakiya, Macarıstandakı 190 universitetin hər hansı birini seçmək hüququna malikdirlər.

  • Paylaşmağı unutma

Səhr yaz

......