Xaricdə doktoranturaya sənəd qəbulu davam edir

Xaricdə doktoranturaya sənəd qəbulu davam edir

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturaya dair 2022-ci il üzrə sənəd qəbulu prosesi davam edir.

AzEdu.azxəbər verir ki, nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Proqrama müraciət üçün tələb olunan sənədlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: https://dp.edu.az/az/news/1203#.YffrAOpBzIW

Müraciət müddəti 1 aprel 2022-ci il tarixinədək davam edəcək.

Sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün qeydiyyat linkinikeçiddən əldə etmək mümkündür.

Hər hansı əlavə sual yarandığı zamanFAQ/MVSvə yadpinfo@edu.gov.azmail ünvanına müraciət oluna bilər.

  • Paylaşmağı unutma

Səhr yaz

......