Xaricdə təhsil alan gənclərin dövlət tərəfindən maliyyələşdirilən xərcləri müəyyənləşib

Xaricdə təhsil alan gənclərin dövlət tərəfindən maliyyələşdirilən xərcləri müəyyənləşib


Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil alan gənclərin təhsil, viza və təhsil aldığı ölkədə qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat, bank və plastik kart xərcləri dövlət tərəfindən maliyyələşdiriləcək.

AzEdu.azxəbər verir ki, bunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı təşkil olunan brifinqdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.

O bildirib ki, beynəlxalq olimpiadada qızıl, gümüş medal qazanan namizədlər Dövlət İmtahan Mərkəzinin imtahanından və proqrama qəbulun müsahibə mərhələsindən azad olunacaqlar.

Qeyd edək ki, Baş nazir Əli Əsədov “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qayda”nın və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”nın təsdiqlənməsi ilə bağlı qərar imzalayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed