XI siniflərin buraxılış imtahanlarında nə dəyişdi?

XI siniflərin buraxılış imtahanlarında nə dəyişdi?

İmtahanın nəticələri 5 günədək müddətdə elan edilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) kollegiyası “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”na dəyişiklik edib.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, bu qaydalar ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir.

Ümumi təhsil müəssisələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) ümumi təhsil pilləsinin ümumi orta (IX) və tam orta təhsil səviyyələrini başa vuran (XI) təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) TQDK tərəfindən aparılır. İmtahan nəticələri imtahan verildiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalası üzrə qiymətləndirilir.

İndiyə qədər tam orta təhsil səviyyəsində (XI sinif) buraxılış imtahanında 5 ballıq şkala üzrə xarici dil/kimya fənləri üzrə 0-5 suala düzgün cavab 2 bal, 6-15 suala düzgün cavab 3 bal, 16-24 suala düzgün cavab 4 bal qiymətləndirilib. Dəyişikliyə əsasən bundan sonra isə tam orta təhsil səviyyəsində imtahanda xarici dil/kimya fənləri üzrə 0-6 suala düzgün cavab 2 bal, 7-24 suala düzgün cavab 3 bal, 17-24 suala düzgün cavab 4 bal qiymətləndiriləcək.

Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

  • Paylaşmağı unutma

Yazılmış şəhrlər

Qonaq__15475770

qiymetler yaxwi olsa koolece duwmek olar atestat imtahani ile?

Qonaq__15477140

Yazmısınız ki,7-24 suala düzgün cavab 3 bal,17-24 suala düzgün cavab 4 bal (düzeldin bunu)

Qonaq__15472895

Kimyadan niye imtahan vermirler? Kecen il ingilis dili olub de

Qonaq__15509774

Nə dəyişirsə yaxşılığa doğru dəyişmir

Qonaq__15512213

Menim oxudugum mektebde 2 ildi ingilis dili fenni tedris olunmur.Ixtisasli kimya muellimide yoxdu.
Ama men ali mektebe hazirlasiram xarici dil ingilis dilidi.
Men buraxilis imtahanini hansi fenden verecem???

Qonaq__15516123

bu nə dərəcədə doğrudur ki,7 suala cavab yazan da ,24 suala cavab yazan da 3 qiymət alsın?

Qonaq__15530433

GOZELL

Qonaq__15128404

Dəyişikliyə əsasən bundan sonra isə tam orta təhsil səviyyəsində imtahanda xarici dil/kimya fənləri üzrə 0-6 suala düzgün cavab 2 bal, 7-24 suala düzgün cavab 3 bal, 17-24 suala düzgün cavab 4 bal qiymətləndiriləcək.
7-24 suala 3 bal? 17-24 suala - 4 bal Necə başa düşək?

Qonaq__15529207

2 qiymeti gelen sagirde atestat verilir

Qonaq__15081748

menasiz seydi

Qonaq__15648717

cox yaxsi

Qonaq__15533383

deyiwdirende de duzemel deyiwdirmirler

Qonaq__15924936

Menim fikrimce 7-24 evezine 7-16 olmalidir

Qonaq__16362320

cox cetim

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed