Xocalı faciəsi tələbələrin gözü ilə - AzMİU-da rəsm sərgisi

Xocalı faciəsi tələbələrin gözü ilə - AzMİU-da rəsm sərgisi

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Xocalı faciəsi tələbələrin gözü ilə” adlı rəsm sərgisi keçirilib.

AzMİU-danAZƏRTAC-a verilən məlumata görə, sərginin açılışında çıxış edən sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev Xocalı soyqırımının Azərbaycan xalqına, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən böyük cinayət olduğunu bildirib. Prorektor qeyd edib ki, Xocalıda soyqırımı aktına hələ də bəzi ölkələr tərəfindən ikili standartlarla yanaşılır.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, vaxtilə işğalda olan ərazilərə vətəndaşlarımızın qayıdışı prosesinə diqqət çəkən prorektor Xocalının da tezliklə erməni silahlı birləşmələrindən, hərbi cinayətkarlardan təmizlənəcəyinə əminliyini ifadə edib.

Memarlıq fakültəsinin dekan müavini Həsən Həsənov isə çıxışında sərgilənən işlərdən və tələbələrin sərgiyə göstərdiyi maraqdan danışıb. Dekan müavini qeyd edib ki, sərgiyə işlərin təqdim edilməsi üçün vaxt azlığı olsa da, tələbələr qısa vaxtda Xocalı ilə bağlı təxəyyüllərini rəsmə çevirə biliblər.

Digər çıxış edənlər də sərginin əhəmiyyətindən, Xocalı soyqırımının tanıdılması üçün atılan addımların vacibliyindən danışıblar.

“Xocalı faciəsi tələbələrin gözü ilə” sərgisində Memarlıq fakültəsi tələbələrinin ümumilikdə 45 işi nümayiş olunub. Sərgilənən rəsm və plakat işlərində Xocalı soyqırımının mənəvi, psixoloji, eləcə də fiziki ağrıları əks olunub.

Qeyd edək ki, rəsm və plakat işlərinin qiymətləndirilməsi üzrə Elgün Yusifli I, Humay Səfərzadə II, Fatmaxanım Heydərova isə III yerin qalibi olub.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed