Yanvarın 26-da Yerin yaxınlığından asteroid keçəcək

Yanvarın 26-da Yerin yaxınlığından asteroid keçəcək

Yanvarın 26-da Yerin yaxınlığından diametri 5-6 metr olan asteroid keçəcək.

Bu barədə"Report"a Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, müşahidə ediləcək göy cisminə müvəqqəti olaraq "2023 BU" adı verilib.

2023 BU asteroidi yüksək parlaqlığa malikdir. Onu hətta həvəskar teleskoplarla da müşahidə etmək mümkün olacaq. Lakin asteroidi yalnız Yer kürəsinin cənub yarımkürəsinin sakinləri görə biləcəklər.

Qeyd edək ki, bu asteroid Yer üçün təhlükəli deyil, çünki o, planetdən bir neçə min kilometr uzaqlıqdan keçəcək. Daha dəqiq desək, Yerin mərkəzindən 6,200 mildən (10,000 km) az məsafədən keçəcək və Yerin orbitində fırlanan geostasionar peyklərin təxminən dörddə biri məsafəsində olacaq. Bu da onu deməyə əsas verir ki, 2023 BU asteroidi Yerlə son dərəcə yaxın, amma təhlükəsiz şəkildə keçəcəkdir. Ümumilikdə isə, əsasən diametri 150 metrdən böyük olan göy cisimləri planetimiz üçün təhlükəli hesab edilir.

Asteroidin hərəkətini izləmək üçünVirtual Teleskopkeçidindən istifadə edə bilərsiniz. Keçid üzərindən canlı yayım 26 yanvar saat 23:15-də başlayacaqdır.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed