Yaponiyanı nəhəngə çevirən qəribə sirr - Maraqlı kitab oxumaq vərdişi - FOTOLAR

Yaponiyanı nəhəngə çevirən qəribə sirr - Maraqlı kitab oxumaq vərdişi - FOTOLAR

İnsanlar nə üçün oxumaq istəyirlər? Bilik qazanmaq, yoxsa dəyişmək üçün? Araşdırmalar göstərir ki, uğurlu insanlar üçün hədəf hər ikisidir.

Çörək zavodunda çalışdığı illərdə Maksim Qorki Tolstoyun bir hekayəsindən, telefonu ixtira edən Aleksandr Bell Helmholtzun “səs” haqqında yazdığı əsərdən ilham almışdı.

Məşhur yazıçı Cek London isə küçədə tapdığı bir kitabı oxuduqdan sonra yazıçılığa meyl etmişdi.

Uolt Disney məşhur insanları araşdırdıqdan sonra həyatı dəyişdi. İngilis fiziki Faradey oxuduğu kitablardan ilhamlanaraq elektriyi ixtira etdi.

Adını çəkdiyimiz elm, sənət və siyasətdə uğur qazanmış bu insanların həyatında kitabların çox mühüm rol oynadığını görürük.

Fərdi örnəkdən ölkə örnəyinə

Yaponiyanın durğun, feodal dövlətdən çox dinamik, beynəlxalq, super gücə malik dövlətə çevrilməsi də kitab oxumaq möcüzəsinin nəticəsidir.

Əgər Yaponiya milyonlarla kəndli uşağına uxumağı öyrətmək üçün səy göstərməsəydi, qısa müddətdə dünyanın ən qüdrətli ölkələrindən birinə çevrilməzdi.

Bu gün Yaponiyanın bir ölkə olaraq etdiyini hər bir yapon fərdi olaraq davam etdirir. Yaponlar kitabxanada, jurnal və kitab satan mağazalarda dəqiqələrlə ayaq üstə qalaraq kitab oxuyurlar. Onlar həmçinin avtobus və metro kimi ictimai nəqliyyat vasitələrində ayaq üstə getsələr belə, zamanlarını kitab oxuyaraq keçirirlər.

“Taşiyomi” yapon xalqının ictimai nəqliyyat vasitələrində “ayaq üstə oxumaq” vərdişlərinə verilən addır.

Yaponlar həmişə kitab oxuyurlar. Onlar kitab oxumağı vərdişdən daha çox ehtiyac kimi görürlər. Yapon xalqı oxumaq üçün şərait yaratmır, hər cür vəziyyətdə mütaliə edirlər.

İctimai nəqliyyatda yol gedərkən bir tərəfdən yıxılmamaq üçün çalışan yapon, digər tərəfdən isə kitab oxumağa çalışır.

Yəni yaponlar kitab oxumağı istirahət zamanı edilən bir fəaliyyət kimi deyil, həyatın ayrılmaz bir hissəsi kimi qəbul edirlər. Buna görə də həmişə yaponların çantasında kitaba rast gəlmək mümkündür

Dünyanın ən çox kitab oxuyan ölkəsi olaraq göstərilən Yaponiya bir ildə nəşr olunan kitab sayına görə ölkəmizlə müqayisə edilməyəcək qədər öndədir. Təbii ki, bu vəziyyət təkcə kitablara yox, qəzetlərə də aiddir. Belə ki, yaponlar qəzet oxumamağı bir əksiklik kimi qəbul edirlər.

Yaponiya nümunəsi bizə göstərir ki, insanın özünü, ətraf mühiti, dünyanı tanıması üçün oxumaqdan başqa çarəsi yoxdur. Bizi hər cür problemdən kitab oxumaq əzmi xilas edə bilər.

  • Paylaşmağı unutma

Səhr yaz

......