Yay imtahanlarının vaxtı nə səbəbdən dəyişdi?

Bu il Azərbaycanda keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.
Milli.Az bildirir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda deyilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib. Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək. Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.
Milli.Az