Yaz semestri üzrə təhsil krediti üçün müraciət tarixi açıqlanıb

Yaz semestri üzrə təhsil krediti üçün müraciət tarixi açıqlanıb

"Göstəricisi 71 baldan aşağı olan tələbələr təhsil krediti ala bilmələri üçün səy göstərirlər. Yəni araşdırmalarımızla müəyyən etmişik ki, həmin tələbələrin bir qismi I semestr üzrə göstəricilərini 71 bala çatdırıblar".

"Report"xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.

Onun sözlərinə görə, hazırda bəzi ali təhsil müəssisələrində imtahan sessiyaları davam edir: "Bu səbəbdən yekun rəqəmlər demək üçün hələ tezdir. Lakin 71 baldan aşağı göstəricisi olan tələbələrin kredit almaq hüquqlarının olması üçün növbəti semestrə qədər göstəricilərini artırmaları üçün imkanları var".

Sədr bildirib ki, fevralın 15-də I semestr üzrə təhsil krediti üçün müraciətlərin qəbulu başa çatacaq: "Fevralın 16-dan etibarən isə yaz semestri üçün kredit almaqla bağlı müraciətlərin qəbulunun başlanması nəzərdə tutulur".

Qeyd edək ki, kreditlərin verilməsi üçün müraciətlərin qəbulu ötən il noyabrın 25-də başlayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed