Yeni yaradılan universitet hansı universitetlərin bağlanmasına səbəb ola bilər?

Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq. Bununla bağlı deyilənlər, sadəcə, şayiədir.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir qeyd edib ki, universitetin müvafiq maddi texniki bazası yaradılacaq:
"Yeni rektor təyin olunacaq. Tədris planları hazırlanacaq. 2017/2018-ci tədris ilində universitet tam həcmdə fəaliyyətə başlamalıdır. Universitetin hansı ünvanda yerləşəcəyi ilə bağlı müzakirələr aparılır, müxtəlif təkliflər hazırlanır".
Milli.Az