“Zəfər” məktəblilərarası I tarix olimpiadasının qalibləri mükafatlandırılıb

“Zəfər” məktəblilərarası I tarix olimpiadasının qalibləri mükafatlandırılıb
Bakı şəhəri üzrə keçirilən “Zəfər” məktəblilərarası I tarix olimpiadası qaliblərinin mükfatlandırılma mərasimi keçirilib.

Bu barədəAZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müsabiqədə qalib gəlmiş şagirdləri qazandıqları uğura görə təbrik edib. Qeyd edib ki, adında Zəfər olan bir müsabiqədə qalib gəlmək hər bir şagird üçün böyük bir qürur və fəxarətdir. Hər bir insanda vətənpərvərlik ruhu, Vətənə sevgi, ilk növbədə, məktəbdə yaranır və formalaşır.

Xalqımızın böyük Qələbəsində Azərbaycan təhsil işçilərinin böyük əməyi olduğunu söyləyən idarə müdiri bildirib ki, Vətən müharibəsi başlayan gündən təhsil işçiləri də könüllü olaraq döyüşə qatılıblar. Şanlı Qələbənin qazanılmasına onlar da öz töhfələrini veriblər.

Sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Rəsmi hissədən sonra olimpiadanın yekununda qalib şagirdlərdən ibarət komandalar arasında “Kim? Nə? Harada?” intellektual oyunu təşkil olunub.

Oyunda ilk 3 yerə layiq görülən komanda diplomla təltif edilib.

  • Paylaşmağı unutma

Səhr yaz

......