Atalar sözü ID - 2324Kömürçünün evinə girən üzü qara çıxar.
|
Atalar sözü ID - 2325Kömürçünün qaralmaqdan nə arı?!
|
Atalar sözü ID - 2326Könlü balıq sevən künəsin soyuq suya qoyar.
|
Atalar sözü ID - 2327Könlü yemiş istəyən dolanar tağ başına.
|
Atalar sözü ID - 2328Könül bir saraya bənzər, tikməsi zor, sökməsi asan!
|
Atalar sözü ID - 2329Könül bir şüşədi, sındırmaq olmaz.
|
Atalar sözü ID - 2330Könül dostun tanır.
|
Atalar sözü ID - 2331Könül gözdən su içər.
|
Atalar sözü ID - 2332Könül sevən göyçək olar dünyada.
|
Atalar sözü ID - 2333Könül sevən gözəlin nə ağı, nə qarası?
|
Atalar sözü ID - 2334Könül tutan keçəldə ayıb olmaz.
|
Atalar sözü ID - 2335Könüldən könülə yol var.
|
Atalar sözü ID - 2336Könülə güc yoxdur.
|
Atalar sözü ID - 2337Könülsüz hürən köpək sürüyə qurd gətirər.
|
Atalar sözü ID - 2338Könülsüz işin axırı olmaz.
|
Atalar sözü ID - 2339Köpək elə köpəkdi, xaltası qızıl olsa da.
|
Atalar sözü ID - 2340Köpək itin qarnı tox gərək.
|
Atalar sözü ID - 2341Köpək köpəyin dayağıdı.
|
Atalar sözü ID - 2342Köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir.
|
Atalar sözü ID - 2343Köpək olmuşdun, belə hürməmişdin.
|
Atalar sözü ID - 2344Köpəyin ağzını kiçiklikdə yandır.
|
Atalar sözü ID - 2345Köpəyin axmağı qaysavadan pay umar.
|
Atalar sözü ID - 2346Köpəyin ayılanı ələ düşməz.
|
Atalar sözü ID - 2347Köpəyin duası yerinə yetsə, göydən gündə sümük yağar.
|
Atalar sözü ID - 2348Köpəyin könlü kəpəknən xoş olur.
|
Atalar sözü ID - 2349Köpəyin qarnı tox olsa, gecə ulduza hürməz.
|
Atalar sözü ID - 2350Körpünü keçincə ayıya dayı de.
|
Atalar sözü ID - 2351Köşənidə danışaq, xərməndə toz qopmasın.
|
Atalar sözü ID - 2352Küçə iti ev qorumaz.
|
Atalar sözü ID - 2353Kül başına küllüklər, qarğalar səni dimdiklər.
|
Atalar sözü ID - 2354Küldən təpə olmaz.
|
Atalar sözü ID - 2355Külü ocaqdan götür.
|
Atalar sözü ID - 2356Küpə girməmiş üzüm sirkə olmaz.
|
Atalar sözü ID - 2357Kürdün qocalanı qoyuna gedər.
|
Atalar sözü ID - 2358Kürəyə düşməyən dəmir yumşalmaz.
|
Atalar sözü ID - 2359Kürkçünün kürkü olmaz, börkçünün börkü.
|
Atalar sözü ID - 2360Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü.
|
Atalar sözü ID - 2361Küthakütnən it saxlayanın bir təhnə əppəyi gərək.
|
Bu səhifə dəfə baxılıb