Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2744

Laçın balasın verməz, bəlkə zorla alarlar.

Atalar sözü ID - 2745

Laçın qalada balalar.

Atalar sözü ID - 2746

Lahıcı sel apardı, elə deyirdi: qiblə pakdı.

Atalar sözü ID - 2747

Laxlayan daş ərkdə qalmaz.

Atalar sözü ID - 2748

Lalın dilini anası bilər.

Atalar sözü ID - 2749

Laylayı bilirsən, niyə yatmırsan?

Atalar sözü ID - 2750

Leş görəndə qarğa quzğuna dönər.

Atalar sözü ID - 2751

Lələ köçüb, yurdu qalıb.

Atalar sözü ID - 2752

Lənət heçə.

Atalar sözü ID - 2753

Ləzgiyə dedilər: can şirindi, bəkməz?
Dedi: iki dostun arasına girmağ olmaz.

Atalar sözü ID - 2754

Ləzgiyə dedilər: göyə çıxa bilərsənmi?
Dedi: bəkməz yesəm çıxaram.

Atalar sözü ID - 2755

Loxma qarın doyurmaz, məhəbbət artırar.

Atalar sözü ID - 2756

Lotu lotunu tapmasa, qara geyər, yaslı olar.

Atalar sözü ID - 2757

Lotu lotunun sözünə inanar.

Atalar sözü ID - 2758

Lotuluq tərg götürməz.

Atalar sözü ID - 2759

Löyünsüzə böyüklük eləmək olmaz.

Atalar sözü ID - 2760

Lüleyin aftafa yerin tutar, girov qoyanda - alan olmaz.

Atalar sözü ID - 2761

Lütün dərdi olmaz.

Atalar sözü ID - 2762

Lütdən kəsən harda yeyəcək?!

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed