Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2764

Mal adama həm dostdur, həm düşmən.

Atalar sözü ID - 2765

Mal gedər bir yana, iman gedər min yana.

Atalar sözü ID - 2766

Mal itdi, iman itdi.

Atalar sözü ID - 2767

Mal yiyəsinə oxşamasa haramdı.

Atalar sözü ID - 2768

Malı gedənin imanı da gedər.

Atalar sözü ID - 2769

Malı qırov öldürər, qışın adı bədnamdır.

Atalar sözü ID - 2770

Malı mal yanında tanıyarlar.

Atalar sözü ID - 2771

Malı yox - oğru apara, imanı yox - şeytan apara.

Atalar sözü ID - 2772

Malım budu, yarısı sudu, alsan da budu, almasan da.

Atalar sözü ID - 2773

Malın əziz tutan canın zəlil tutar.

Atalar sözü ID - 2774

Malın mal olunca bazarın bazar olsun.

Atalar sözü ID - 2775

Malın tapıldı, üzün qara oldu.

Atalar sözü ID - 2776

Malın yeməzin malını yeyərlər.

Atalar sözü ID - 2777

Malını bəylər apardı, camalına nə oldu?!

Atalar sözü ID - 2778

Malını itlər yeyər, canını bitlər.

Atalar sözü ID - 2779

Malını yaxşı saxla, qonşunu oğru tutma.

Atalar sözü ID - 2780

Mamaça çox olanda uşaq tərs gələr.

Atalar sözü ID - 2781

Matahın matah olunca bazarın bazar olsun.

Atalar sözü ID - 2782

Maya doğar, nər doğmaz.

Atalar sözü ID - 2783

Mayasız fətir olar.

Atalar sözü ID - 2784

Mehtərin səsi uzaqdan xoş gələr.

Atalar sözü ID - 2785

Meşə çaqqalsız olmaz.

Atalar sözü ID - 2786

Meşədə ağacın düzün seçərlər.

Atalar sözü ID - 2787

Meşəyə gedən öz ağacın kəsər.

Atalar sözü ID - 2788

Meşəyə od düşəndə quru da yanar, yaş da.

Atalar sözü ID - 2789

Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi.

Atalar sözü ID - 2790

Meyxanaçının şahidi üzümayaqlayan olar.

Atalar sözü ID - 2791

Meymuna dedilər oyna, dabanını qovzadı.

Atalar sözü ID - 2792

Meymunun su xırtdanağına çıxanda balasını ayağının altına alar.

Atalar sözü ID - 2793

Meyvəli ağaca daş atan çox olar.

Atalar sözü ID - 2794

Məclisdə yerin tanı, deməsinlər - dur burdan!

Atalar sözü ID - 2795

Məcnun kimi dərs oxuyan axır vəlleylidə qalar.

Atalar sözü ID - 2796

Məhəbbət gözdə olmaz, könüldə olar.

Atalar sözü ID - 2797

Məkkədən gələn mən, xəbər verən sən!

Atalar sözü ID - 2798

Mən Allah-Allah ilə day öyrədirəm, sən papaq atıb hürküdürsən?!

Atalar sözü ID - 2799

Mən balamı istərəm, balam istər balasın.

Atalar sözü ID - 2800

Mən belə holavar eşitməmişəm.

Atalar sözü ID - 2801

Mən billəm hansı inəyin buzovusan.

Atalar sözü ID - 2802

Mən bu evin öküzüyəm, istər kotana qoşsunlar, istər cütə.

Atalar sözü ID - 2803

Mən deyirəm axtayam, bu soruşur: oğlun, uşağın nəyin var?!

Atalar sözü ID - 2804

Mən dəli, anam dəli, bir dəli bacım da var.

Atalar sözü ID - 2805

Mən qurd isəm - alıram, mən çobanam - vermirəm.

Atalar sözü ID - 2806

Mən mürdəşirəm, yuyaram, istər cənnətə getsin, istər cəhənnəmə getsin.

Atalar sözü ID - 2807

Məndə elə tale hayandadı, oynaş qoynuna girəm, qonşum da üstümü örtə.

Atalar sözü ID - 2808

Məndən sənə öyüt: dənini özün üyüt.

Atalar sözü ID - 2809

Mənə bax nə gündəyəm, yara bax - nə sallanır.

Atalar sözü ID - 2810

Mənə bitməz iş deyir, adımı qoyur yarıtmaz.

Atalar sözü ID - 2811

Mənə dəyməyən qurd min yaşasın.

Atalar sözü ID - 2812

Mənəmlik şeytana yaraşır.

Atalar sözü ID - 2813

Məni aparan suya dərya deyərəm.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed