Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 2953

O baş qorxsun ki, dost yolunda dayanmaz.

Atalar sözü ID - 2954

O dağa yağar, bu dağa yağar, axırda da bura yağar.

Atalar sözü ID - 2955

O gəlsə daşla, sən get aşla.

Atalar sözü ID - 2956

O hacı, bu hacı, kim olacaq boyaqçı?!.

Atalar sözü ID - 2957

O haqverməzdi, bu haqbatırmaz.

Atalar sözü ID - 2958

O qardan bizim də qapıya yağar.

Atalar sözü ID - 2959

O qədər dövlətli deyiləm ki, ucuz şey alam.

Atalar sözü ID - 2960

O qədər küp yanında küpəçələr sınıb ki?!

Atalar sözü ID - 2961

O şahlıq dəvəsidi ki, yüklənməz.

Atalar sözü ID - 2962

O - verdiyin and, bu da buyurduğun qulluq.

Atalar sözü ID - 2963

Oba durdu köçməyə, qarı durdu gəzməyə.

Atalar sözü ID - 2964

Oba köçüb, yurd ağlayır.

Atalar sözü ID - 2965

Oba yiyəsiz qalanda donuz təpəyə çıxar.

Atalar sözü ID - 2966

Oba yox, qara yox, səndən başqa çara yox.

Atalar sözü ID - 2967

Obalar bizə, biz obalara.

Atalar sözü ID - 2968

Ocağın altdan köz, adamın altdan söz.

Atalar sözü ID - 2969

Ocaq içindən tutuşar.

Atalar sözü ID - 2970

Ocaq közsüz olmaz, gəlin sözsüz.

Atalar sözü ID - 2971

Ocaqdan kül əskik olmaz.

Atalar sözü ID - 2972

Od, düşdüyü yeri yandırar.

Atalar sözü ID - 2973

Od hər yana düşsə özünə yer açar.

Atalar sözü ID - 2974

Od olmasa tüstü çıxmaz.

Atalar sözü ID - 2975

Oddan kül törər, küldən nə törər?

Atalar sözü ID - 2976

Oddan, sudan yenə qar amannıdı.

Atalar sözü ID - 2977

Odla pambığın nə aşnalığı?!

Atalar sözü ID - 2978

Odu söndürüb külü ilə oynamazlar.

Atalar sözü ID - 2979

Oduna gedər Daşdəmir, suya gedər Daşdəmir, üzüvü yusun mürdəşir.

Atalar sözü ID - 2980

Oğlan doğdum - oydu məni, qız doğdum - soydu məni.

Atalar sözü ID - 2981

Oğlan evlənər, bəy oldum sanar.

Atalar sözü ID - 2982

Oğlanı kamal ilə, qızı camal ilə.

Atalar sözü ID - 2983

Oğru anası gah döş yeyər, gah döşünə vurar.

Atalar sözü ID - 2984

Oğru elə bağırdı, doğrunun bağrı yarıldı.

Atalar sözü ID - 2985

Oğru elə bilər, hamı oğrudur.

Atalar sözü ID - 2986

Oğru ev olmaz, ev yiyəsini evlilikdən salar.

Atalar sözü ID - 2987

Oğru əyri kolda gizlənər.

Atalar sözü ID - 2988

Oğru it xoflu olar.

Atalar sözü ID - 2989

Oğru it özünü bildirər.

Atalar sözü ID - 2990

Oğru qalana yanar, mal sahibi gedənə.

Atalar sözü ID - 2991

Oğru ol, xoşu ol, dilin olsun.

Atalar sözü ID - 2992

Oğrudan qalanı rəmmal aparar.

Atalar sözü ID - 2993

Oğrudan oğruya halaldır.

Atalar sözü ID - 2994

Oğrunu oğru əliylə tutarlar.

Atalar sözü ID - 2995

Oğruya and verdilər, evinə muştuluqçu getdi.

Atalar sözü ID - 2996

Oğul atadan görər, süfTə açar.

Atalar sözü ID - 2997

Oğul atanın kövşənin əkər.

Atalar sözü ID - 2998

Oğul düşmən qapısına aparar.

Atalar sözü ID - 2999

Oğul yönlü olsa neynir ata malını, Yönsüz olsa neynir ata malını?!

Atalar sözü ID - 3000

Oğulun əfəli qohum yerdən qız alar.

Atalar sözü ID - 3001

Oğurluğa dayın evinə get, tutulanda döyülmə.

Atalar sözü ID - 3002

Oğurluğa getsən, insafı əldən qoyma.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed