Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 3402

Şad günün dostu çoxdu.

Atalar sözü ID - 3403

Şadlığına şitlik eləmə.

Atalar sözü ID - 3404

Şah Abbasa yaradı, keçəl Abbasa yaramadı?!

Atalar sözü ID - 3405

Şah bilər, şahsevən bilər.

Atalar sözü ID - 3406

Şah da bilir Şirvan sünnüdür.

Atalar sözü ID - 3407

Şah Xudabəndə, səninki səndə, mənimki məndə.

Atalar sözü ID - 3408

Şah-şah dediyim öz canım üçündür.

Atalar sözü ID - 3409

Şahın da dəvələri ayaqyalın gəzər.

Atalar sözü ID - 3410

Şahın ürəyi Allahın əlindədi.

Atalar sözü ID - 3411

Şahsənəm oğlan doğub!

Atalar sözü ID - 3412

Şalğam şorbasında turp özünü yağ sanar.

Atalar sözü ID - 3413

Şam ağacından ağıl olmaz, el oğlundan oğul olmaz.

Atalar sözü ID - 3414

Şam bahadı - korun nə vecinə.

Atalar sözü ID - 3415

Şey qurdlayar - duz səpərlər, duz qurdlayar - nə səpərlər?!

Atalar sözü ID - 3416

Şeytan başqa, cin başqa.

Atalar sözü ID - 3417

Şeytan çox bildiyindəndi bir gözü kor olubdu.

Atalar sözü ID - 3418

Şeytan əzabda gərək.

Atalar sözü ID - 3419

Şeytan getdi, meydan bizə qaldı.

Atalar sözü ID - 3420

Şeytan karxanası boş qalmaz.

Atalar sözü ID - 3421

Şeytan olmasa qurd qoyunla gəzər.

Atalar sözü ID - 3422

Şeytanın dostluğu dar ağacına qədərdir.

Atalar sözü ID - 3423

Şeytanla şərikli buğda əkən saman biçər.

Atalar sözü ID - 3424

Şəfa Haqdandır, həkim könül xoşluğu.

Atalar sözü ID - 3425

Şəfa verən ağıdan da verə bilir.

Atalar sözü ID - 3426

Şəhər burclu-qalalı gərək, igid başı bəlalı.

Atalar sözü ID - 3427

Şəhəri gördün gözü qıpıq, sən də ol gözü qıpıq.

Atalar sözü ID - 3428

Şər deməsən, xeyir gəlməz.

Atalar sözü ID - 3429

Şərik yaxşı olsaydı, Tanrı özü üçün tutardı.

Atalar sözü ID - 3430

Şərikli qazan gec qaynar.

Atalar sözü ID - 3431

Şərti şumda kəs, xırmanda yabalaşma.

Atalar sözü ID - 3432

Şıqqıldatmağa qozum var, cırıldatmağa bezim.

Atalar sözü ID - 3433

Şir gərək pəncə vura şir ilə.

Atalar sözü ID - 3434

Şir qocalanda özünə gülməyi gələr.

Atalar sözü ID - 3435

Şirin dil ilanı yuvasından çıxardar.

Atalar sözü ID - 3436

Şirin dil yüz evi yeyər, acı dil bir evi yeyə bilməz.

Atalar sözü ID - 3437

Şirin sözün şirin də cavabı olar.

Atalar sözü ID - 3438

Şirin-şirin yeməyin acı-acı qusmağı da var.

Atalar sözü ID - 3439

Şirincə gəl, şirincə get.

Atalar sözü ID - 3440

Şor yer sünbül gətirməz.

Atalar sözü ID - 3441

Şoranlıqda eşşək tapdın, erkək-dişiliyin axtarma.

Atalar sözü ID - 3442

Şor yeyən suya gələr.

Atalar sözü ID - 3443

Şordu, şor deyirəm.

Atalar sözü ID - 3444

Şöpərək gecə gəzər, gündüz gəzməz, elə bilər özü bilər, özgə bilməz.

Atalar sözü ID - 3445

Şux tərlan yerində cürə bağlanıb.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed