Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1432

Elə kor deyən özü badam gözlüdür?!

Atalar sözü ID - 1433

Elçi çox olar, qismət bir.

Atalar sözü ID - 1434

Elçisi Gülüm olanın başına külüm olar.

Atalar sözü ID - 1435

Elçiyə zaval yoxdur.

Atalar sözü ID - 1436

Elə çalmağın belə də oynamağı olar.

Atalar sözü ID - 1437

Elə don geymək gərək ki, yamağı evdə tapıla.

Atalar sözü ID - 1438

Elə elə ki, şorçu bir də bazara gəlsin.

Atalar sözü ID - 1439

Elə eləmə ki, körpü qala çayın o tayında.

Atalar sözü ID - 1440

Elə gül ki, biz də gülək.

Atalar sözü ID - 1441

Elə yeməyin belə də qusmağı var.

Atalar sözü ID - 1442

Elə keçəl deyil ki, qartmağı yerə düşə.

Atalar sözü ID - 1443

Elə köç, köçünə dana-buzov qatışmasın.

Atalar sözü ID - 1444

Elə musurman oldun ki, atovun xaçın da unutdun.

Atalar sözü ID - 1445

Elə zılxın belə qazanı olar.

Atalar sözü ID - 1446

Elmli qazıya şahid lazım deyil.

Atalar sözü ID - 1447

Enişdən yenə də yoxuş yaxşıdır.

Atalar sözü ID - 1448

Erkək atın yəhəri yırtıq olar.

Atalar sözü ID - 1449

Erkək eşşək, yanı qoduqlu?!

Atalar sözü ID - 1450

Erkək quşun yuvası olmaz.

Atalar sözü ID - 1451

Ermənidən bəy olmaz.

Atalar sözü ID - 1452

Erməninin qocalanı köpəyə, müsəlmanın qocalanı ipəyə dönər.

Atalar sözü ID - 1453

Ertəyə qalan bəladan qorxma.

Atalar sözü ID - 1454

Eşidibdi parağı qırxarlar, bilmir harasın qırxarlar.

Atalar sözü ID - 1455

Eşqin tərs-avandı olmaz.

Atalar sözü ID - 1456

Eşşək aldım, qatır çıxdı.

Atalar sözü ID - 1457

Eşşək anqıranda itin başı ağrıyar.

Atalar sözü ID - 1458

Eşşək batdağa bir dəfə batar.

Atalar sözü ID - 1459

Eşşək eşşəyə uzunqulaq deyər.

Atalar sözü ID - 1460

Eşşək eşşəyi borc qaşır.

Atalar sözü ID - 1461

Eşşək hələ o eşşəkdi, palanı dəyişsə də.

Atalar sözü ID - 1462

Eşşək qazanar, at yeyər.

Atalar sözü ID - 1463

Eşşək qocalmaqla töyləbaşı olmaz.

Atalar sözü ID - 1464

Eşşək nə bilir ki, zəfəran nədir?

Atalar sözü ID - 1465

Eşşək olasan, çulun məxmər?!

Atalar sözü ID - 1466

Eşşək olasan, tükün bu narınlığında!

Atalar sözü ID - 1467

Eşşək tozda ağnayanda həvəsi gələr.

Atalar sözü ID - 1468

Eşşək üstə qəmə bağlayana gülərlər.

Atalar sözü ID - 1469

Eşşəkdən adınalıq umur.

Atalar sözü ID - 1470

Eşşəlcdən soruşublar: niyə bərk qaçırsan?
Deyib: bizdəyəndən soruş.

Atalar sözü ID - 1471

Eşşəklə getdilər, qatırla döndülər.

Atalar sözü ID - 1472

Eşşəyə anqırdığı xoş gələr.

Atalar sözü ID - 1473

Eşşəyə dedilər: mərifətini göstər, yıxıldı ağnadı.

Atalar sözü ID - 1474

Eşşəyə gücü çatmaz, palanı çırpar.

Atalar sözü ID - 1475

Eşşəyə qantarğa keçirməknən at olmaz.

Atalar sözü ID - 1476

Eşşəyə qızıl çatmaqla qiyməti artmaz.

Atalar sözü ID - 1477

Eşşəyə minmək bir ayıb, eşşəkdən düşmək iki ayıb.

Atalar sözü ID - 1478

Eşşəyi minərlər ata çatınca.

Atalar sözü ID - 1479

Eşşəyi yüklədikcə tünd gedər.

Atalar sözü ID - 1480

Eşşəyim bozdur, dəyirmana getməyir.

Atalar sözü ID - 1481

Eşşəyim, ölmə, yaz gələr yonca bitər.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed