Bolməyə aid atalar sözləri

Atalar sözü ID - 1640

Fağırın düşgünü, al geyinər qış günü.

Atalar sözü ID - 1641

Fala inanma, falsız da qalma.

Atalar sözü ID - 1642

Falçı falçıya fənd vurmaz.

Atalar sözü ID - 1643

Fələk bağlar, fələk açar.

Atalar sözü ID - 1644

Fələk güclü, mən gücsüz.

Atalar sözü ID - 1645

Fələk yıxmayanı kələk yıxar.

Atalar sözü ID - 1646

Fələyin bir çuval qızılı var, hər gün birinin çiynindədir.

Atalar sözü ID - 1647

Fələyin gözü kordu.

Atalar sözü ID - 1648

Fələyin qaydasıdı, dağı çəkər dağ üstdən.

Atalar sözü ID - 1649

Fənd fəndi kəsər, Allah hər ikisin.

Atalar sözü ID - 1650

Fərhad ölüb, külüngünün səsi gəlmir.

Atalar sözü ID - 1651

Fərsiz qoyunu qurd yeyər.

Atalar sözü ID - 1652

Fərsiz oğul atasının gözün çıxartdı ki, adına Koroğlu desinlər, amma kor kişinin oğlu dedilər.

Atalar sözü ID - 1653

Filin bir fikri var, filbanın min.

Atalar sözü ID - 1654

Fitə uyanın evi yıxılar.

Atalar sözü ID - 1655

Fit-fitnən gələn köpəyin qoyuna faydası olmaz.

Atalar sözü ID - 1656

Fuğaranın gözü tox olar.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed