Atalar sözü ID - 1708Görən gözə kül üfürmə.
|
Atalar sözü ID - 1709Görən gözə yasaq olmaz.
|
Atalar sözü ID - 1710Görənin gözün töküncə, götürənin əlin kəs.
|
Atalar sözü ID - 1711Görməmiş gördü, gülə-gülə öldü.
|
Atalar sözü ID - 1712Görməmiş gördü gümüş, oldu qudurmuş.
|
Atalar sözü ID - 1713Görməmişə at versən, çapıb-çapıb öldürər.
|
Atalar sözü ID - 1714Görməmişin bir oğlu oldu, çəkdi çükün çıxartdı.
|
Atalar sözü ID - 1715Görükən kənd bələdçi istəməz.
|
Atalar sözü ID - 1716Görülmüş işdən gül iyi gələr.
|
Atalar sözü ID - 1717Göy ağlamayınca yer gülməz.
|
Atalar sözü ID - 1718Göydən nə yağdı ki, yer onu qəbul eləmədi?!
|
Atalar sözü ID - 1719Göyçək sözün ardı tükənməz.
|
Atalar sözü ID - 1720Göz gördü, göyül sevdi, mənim nə günahım var?!
|
Atalar sözü ID - 1721Göz gördüyündən qorxar.
|
Atalar sözü ID - 1722Göz görməsə könül sevməz.
|
Atalar sözü ID - 1723Göz qənimini tanıyar.
|
Atalar sözü ID - 1724Göz namərddir; qorxudar.
|
Atalar sözü ID - 1725Göz yaşı da borcdandı.
|
Atalar sözü ID - 1726Gözdə olmayan göyüldə də olmaz.
|
Atalar sözü ID - 1727Gözdən uzaq olan könüldən də uzaq olar.
|
Atalar sözü ID - 1728Gözə gəlməyən gəlinin salamı savaşdır.
|
Atalar sözü ID - 1729Gözlərin aydın olsun, pişiyimiz oğlan doğub!
|
Atalar sözü ID - 1730Gözü ancaq torpaq doyurar.
|
Atalar sözü ID - 1731Gözü tox olanın könlü də tox olar.
|
Atalar sözü ID - 1732Gözün alışmadığı işə girişmə.
|
Atalar sözü ID - 1733Gözünün yaşına baxaq, ya əlinin daşına?!
|
Atalar sözü ID - 1734Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxartdı.
|
Atalar sözü ID - 1735Gözəl aşı tez bişər.
|
Atalar sözü ID - 1736Gözəl bürünər, çirkin görünər.
|
Atalar sözü ID - 1737Gözəl göz üçün, ağıllı könül üçün.
|
Atalar sözü ID - 1738Gözəl kamallı gərək.
|
Atalar sözü ID - 1739Gözəl nazlı gərək.
|
Atalar sözü ID - 1740Gözəl - gözəl deyil, könül sevən gözəldi.
|
Atalar sözü ID - 1741Gözəl sevməyə tövbə olmaz.
|
Atalar sözü ID - 1742Gözələ baxmaq göz qaydasıdır.
|
Atalar sözü ID - 1743Gözələ göz dəyər, qəlbə söz.
|
Atalar sözü ID - 1744Gözəllərdə vəfa olmaz.
|
Atalar sözü ID - 1745Gözəllik qarın doyurmaz.
|
Atalar sözü ID - 1746Gözəllik ondur, doqquzu dondur.
|
Atalar sözü ID - 1747Gözləmədiyim daş, yardı baş.
|
Atalar sözü ID - 1748Guşə daşı yerdə qalmaz.
|
Atalar sözü ID - 1749Güc birlikdədir.
|
Atalar sözü ID - 1750Gücü çatana donuz güddürür.
|
Atalar sözü ID - 1751Gücünə bax, şələni bağla.
|
Atalar sözü ID - 1752Gül istəyən! Tikanı da istəmək gərək.
|
Atalar sözü ID - 1753Gül tikansız olmaz.
|
Atalar sözü ID - 1754Gülün qədrin bülbül bilir.
|
Atalar sözü ID - 1755Gülünə bax, qönçəsini dər.
|
Atalar sözü ID - 1756Gülmə gülünc olana, özün gülünc olarsan.
|
Atalar sözü ID - 1757Gülmə qonşuna, gələr başına.
|
Bu səhifə dəfə baxılıb