Sualın cavabını yaz

Azərbaycan dili

Sual ID - 1901

Müəllif: Mehri_98 (Əlavə edilib: 10.02.2012)
Zərfin mənaca neçə növü var?

Sual ID - 1866

Müəllif: M_E_F_T_U_N (Əlavə edilib: 07.02.2012)
Təyin hansı suallara cavab verir?

Sual ID - 1871

Müəllif: dj_tural (Əlavə edilib: 07.02.2012)
Məsdər nəyə deyilir?

Sual ID - 1848

Müəllif: Elsever_662 (Əlavə edilib: 06.02.2012)
Azərbaycan dilində 24 cur yazılan şəkilçi hansıdır?

Sual ID - 1856

Müəllif: NHHS (Əlavə edilib: 06.02.2012)
Sözlərdən biri hecalara düzgün bölünməmişdir?
A)hü-nər-li
B)ə-də-biy-yat
C)te-leq-ram
D)mə-ri-fət
E)sər-bəst-lik

Sual ID - 1862

Müəllif: vayenni (Əlavə edilib: 06.02.2012)
Həmcins üzvlər nəyə deyilir?

Sual ID - 1863

Müəllif: vayenni (Əlavə edilib: 06.02.2012)
Sintaktik əlaqələr nəyə deyilir?

Sual ID - 1864

Müəllif: vayenni (Əlavə edilib: 06.02.2012)
Azərbaycan dilində neçə nitq hissələri var və hansılardır?

Sual ID - 1829

Müəllif: Kamandoslar (Əlavə edilib: 04.02.2012)
Yanaşma əlaqəsi haradadır
A)məktub yazıldı
B)ifadəli oxu
C)rəy oxundu
D)dərs kitabı
E)mən oxuyuram

Sual ID - 1837

Müəllif: abz (Əlavə edilib: 04.02.2012)
İdarə əlaqəsi harada rast gəlinir ?

Sual ID - 1818

Müəllif: kema1999 (Əlavə edilib: 01.02.2012)
Cümlə ərəbcə nə deməkdir?

Sual ID - 1763

Müəllif: Qubus (Əlavə edilib: 29.01.2012)
Bapbalaca sözü sifətin hansı dərəcəsindədir?

Sual ID - 1682

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Aşağıdakılardan biri “sərgilənən, sərgidə nümayiş etdirilən əşya mənasındadır:
A)eksponat
B)eskalator
C)eksklüziv
D)eskiz
E)elevator

Sual ID - 1683

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Nümunənin birində “nə” əvəzlik kimi işlədilmişdir:
A)Ana, bu işə sən nə deyirsən?
B)Nə yaxşı ki, dünyada xeyirxah insanlar varmış...
C)Nə gözəl yaraşır Muğana ceyran!
D)Dəniz nə yatır, nə dincəlirdi.
E)Bu, nə gözəl baladır!...

Sual ID - 1684

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Əməli yazı növlərindən birinin adı türk mənşəli sözdür:
A)izahat
B)ərizə
C)protokol
D)məktub
E)arayış

Sual ID - 1685

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Eyni leksik şəkilçi artırılmış sözlərdən biri ümumi qrammatik məna qrupundan kənara çıxır:
A)sevimli
B)maraqlı
C)ürəkli
D)məktəbli
E)hünərli

Sual ID - 1686

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Həm xitab, həm də mübtəda kimi anlaşıla bilən söz birləşməsi hansı nümunədə işlənmişdir? (Durğu işarələri buraxılmışdır).
A)Həyatın ağrı-acısını dadanlar xırda düşüncələrlə yaşamazlar.
B)Əziz qardaşım xoş gəlmisen.
C)Camaatın bütün ağrılı günləri geridə qaldı.
D)Dağlar dağımdır mənim.
E)Məmləkətin başbilənləri həmişə sülh siyasətinə tərəfdardır.

Sual ID - 1687

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Fellərdən biri icbar növdə deyildir:
A)yondurdum
B)qopartdım
C)ütülətdim
D)sildirdim
E)çəkdirdim

Sual ID - 1689

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Cərgələrdən birində bütün sözlərin yazlısı səhvdir.
A)məcmeyi, müxbür, güzaran
B)kimyavi, xurmayı, narıncı
C)mailiyyə, göyərtə, sanaye
D)qumbara, kin-küdurət, qurquşun
E)qayınata, sirsifət, kəm-kəsir

Sual ID - 1690

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Yazmaqla, oxumaqla heç işi yoxdur” cümləsinin morfoloji təhlili ilə bağlı səhv fikirləri göstərin.
1.yazmaq-məstərdir,”la” bağlayıcısı ilə işlənmişdir.
2.oxumaq-məstərdir,”la” qoşması ilə işlənmişdir.
3.heç -datdır.
4.işi -təsirlik halda olan isimdir.5.yoxdur-indiki zamanda işlənmiş feldir.
A)1,2,3
B)3,4,5
C)1,4,5
D)2,3,4
E)1,2,5

Sual ID - 1691

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Ədəbi dil haqqında fikirlərdən biri yanlışdır:
A)Ədəbi dil hamının başa düşdüyü dildir.
B)Orfoepik və orfoqrafik normalar birlikdə ədəbi dilin fonetik normasını təşkil edir.
C)Ədəbi dil həm fonetik, həm qrammatik, həm də leksik normalara əsaslanır.
D)Ədəbi dildə nitqin sərbəstliyi əsasdır.
E)Ədəbi dil(nitq) inkişafla bağlı olaraq dəyişir.

Sual ID - 1692

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Sözlərdən birinin yazlısı ilə tələffüzü arasında üç fərqli məqam var:
A)mətinləşmək
B)Altıağac
C)şadlanmaq
D)vicdanlı
E)udqunmaq

Sual ID - 1693

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Cümlələrdən hansında və bağlayıcısının yerinə ilə bağlayıcısını də işlətmək olar?
A)Mən bağçaya enib havamı deyişdim və bulaqdan su içdim.
B)Mən pianonu yoxlamadan coşqun və həyəcanlı bir vals çaldım.
C)Onun baxışında və səsində təravətli, mehriban bir ifadə var idi.
D)Mən sizin birlik, səadət, qələbə bayramınızı təbrik edir və uğurlar arzulayıram.
E)Hava və su insanın sağlamlığıdır.

Sual ID - 1694

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Uzat”,”uzan”,”yumşal”,”yumşaq” kimi sözləri düzəltmə yox, sadə sözlər hesab edərkən Azərbaycan dilinin hansı xüsusiyyətini əsas götürürük?
A)şəkilçidən ayrılarkən söz kökünün müstəqil lüğəvi məna bildirməsi
B)qalın və incə saitlərin bir-birini izləməsi
C)qoşa saitlərin yanaşı işlənə bilməməsi
D)şəkilçinin, əsasən, söz kökünün axırına artırılması
E)qrammatik şəkilçilərin düzəltmə sözlər yarada bilməməsi

Sual ID - 1695

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Səhv yazılmış sözü göstərin.
A)mədhiyyə
B)kolorit
C)qonorar
D)kinomotoqrafiya
E)müdrik

Sual ID - 1696

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Xudayar bəy eşşəyi o səbəbə girov qoydu ki, ona beş-altı manat pul lazım idi” tabeli mürəkkəb cümlənin birinci tərəfi nədir?
A)məqsəd budaq cümləsi
B)səbəb budaq cümləsi
C)baş cümlə
D)təyin budaq cümləsi
E)qarşılaşdırma budaq cümləsi

Sual ID - 1697

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Cümlədə hansı durğu işarələri buraxılmışdır? “Baba Aysunu nəvəsini görməmə tələsirdi”.
A)qoşa nöqtə
B)nöqtəli vergül
C)nida işarəsi
D)tire
E)defis

Sual ID - 1698

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Səhv fikri göstərin:
A)Bəzi sözlər çoxmənalı ola bilər
B)Sinonimlər bədii ədəbiyyatda cinas qafiyə yaratmağa xidmət edir.
C)Antonimlər yalnız eyni nitq hissəsinə aid olur
D)Omonimlər həm eyni, həm də müxtəlif nitq hissəsinə aid ola bilər
E)İzahlı lüğətdə sözlərin leksik mənaları əhatə olunur.

Sual ID - 1699

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Bir halda ki, işləriniz düzəlir, sevinməlisən” tabeli mürəkkəb cümləsində budaq cümlənin növünü müəyyənləşdirin:
A)mübtəda budaq cümləsi
B)şərt budaq cümləsi
C)səbəb budaq cümləsi
D)məqsəd budaq cümləsi
E)xəbər budaq cümləsi

Sual ID - 1700

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Mən bilən, bu yollarda karvansara yoxdur” cümləsində hansı üzv suala cavab vermir?
A)zərflik,təyin
B)mübtəda
C)təyin
D)xəbər
E)zərflik

Sual ID - 1701

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
. Hansı fikirlər düzgündür?
1.Qara geyimin yas bildirməsi əşyəvi nümunədir.
2.Etimalogiya sözünün mənşəyini öyrənən dilçilik sahəsidir.
3.Azərbaycan dilinin əsas fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu XX əsrdə formalaşmışdir.
4.Sözdə ahəng qanununun pozulması iltisaqiliyi pozur.
A)1,2
B)3,4
C)1,3
D)2,4
E)1,4

Sual ID - 1702

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı cümlədə bütün sözlər sifətdir?
A)Zahiri görünüşü çox eybəcərdir.
B)Evdəki uşaq sakitdir.
C)Düzgün xarici siyasət daxili iş qədər vacibdir.
D)Qorxaq adam ürkək ata minə bilməz.
E)Ağıllı kasıb axmaq varlıdan yaxşıdır.

Sual ID - 1703

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı söz yalnız bir cümlə üzvü ola bilir?
A)çox
B)yuxarı
C)gələrkən
D)gözəl
E)necə

Sual ID - 1704

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Fikirlərdən biri düzgündür?
A)Leksik şəkilçilər həm kökdən əvvəl, həm də sonra gələ bilir.
B)Alınma sözlər iki və dörd cür yazılır.
C)Qrammatik şəkilçilər bəzən kökdən əvvəl də işlənə bilir.
D)Sözün kökü və başlanğıc forması həmişə fərqli olur.
E)Sözə eyni zamanda bir neçə qrammatik şəkilçi artırmaq olmur.

Sual ID - 1705

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı sual cümləsi yalnız sual intonasiyası ilə yaranmışdır?
A)Nə deyərlər, necə baxarlar bu işə?
B)Gücümü çatar insanın heyvana?
C)Yaxşı, indi hara gedəcəyik?
D)Qürbət kişi, evini kirayə vermisən?
E)Mən boyda oğlun anası buna necə dözsün?

Sual ID - 1706

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Cümlələrdən birində əvəzlikdən sonra vergül düzgün qoyulmamışdır?
A)O, göy otların üzərinə sərilmişdi.
B)O, qardaşımı xeyli təriflədi.
C)Bu, onun üçün əziz hədiyyə idi.
D)O, arxayınlıqla güldü.
E)Bu, gözəl konsert üçün biz hamımız sizə təşəkkür edirik.

Sual ID - 1707

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Bu nitq etiketlərindən biri rəsmi və qeyri-rəsmi olmaqla iki yerə bölünür:
A)ayrılma
B)görüşmə
C)müraciət
D)təbrik
E)alqış

Sual ID - 1708

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı cümlədə modal söz işlənmişdir?(Vergüllər buraxılmışdır).
1.Mənəvi saflıq doğuran ən böyük sərvətdir.
2.Təəssüf dolu baxışları üzümə zillədi.
3.Uşaqlərın birincisi irəli çıxdı.
4.Görünür onları artıq unutmusan.
A)1,4
B)2,3
C)1,3
D)2,4
E)1,2

Sual ID - 1709

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Payız... sərin-sərin əsir küləklər, Təbiət üzləşir qəmlə, kədərlə. Nümunəsinin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A)kədərlə-qoşma ilə işlənmiş adlıq hallı isimdir:
B)Nümunədə köməkçi nitq hissələrindən yalnız qoşma işlənmişdir.
C)üzləşir-xəbər şəkilində olan düzəltmə feldir.
D)sərin-sərin- mürəkkəb sifətdir, adi dərəcədədir.
E)Əvəzlik işlənməmişdir.

Sual ID - 1710

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Göstərilən ümumişlək olmayan sözləri düzgün qruplaşdırın:
1.əppək
2.qələvi
3.süjet
4.sayru
5.nimdər 6.suç
A)1-4,2-6,3-5
B)1-6,2-4,3-5
C)1-2,3-4,5-6
D)1-3,4-6,2-5
E)1-5,2-3,4-6

Sual ID - 1711

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”...........” hər hansı bir şəxsin ictimai və əmək fəaliyyətini, kollektivdəki yerini təsvir edən rəsmi sənəd və ya xarakteristikadır. Nöqtələrin yerinə hansı əməli yazı nümunələrinin adı yazılmalıdır?
A)arayış
B)xasiyyətnamə
C)rəy
D)ərizə
E)izahat

Sual ID - 1712

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Əldə edilmiş nümunə də qızıl kimi qiymətlidir” cümləsində fərqləndirilmiş sözü hansı sözlə əvəz etsək, cümlənin sintaktik təhlil sxemi dəyişər?
A)metaldır
B)dəyərlidir
C)sarıdır
D)möhkəmdir
E)bahalıdır

Sual ID - 1713

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı sözün yazlısı səhvdir?
A)iynəvari
B)meyilsizlik
C)səfərbər
D)ümüdverici
E)əskik

Sual ID - 1714

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Kasadlıq”sözünün fonetik təhlili ilə bağlı düzgün fikirləri müəyyənləşdirin:1.Sözdə iki [d] samiti işlənmişdir.2.Vurğu ikinci hecaya düşür.3.sözdə bir-biri ilə qarşılıq təşkil edən samitlər işlənmişdir.4.Sözdəki samitlərin üçü kardır.A)1,2 B1,4 C)1,3 D)2,4 2,3

Sual ID - 1715

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
...Buludlarnan doludu yarpaqların arası, Yarpaqlarnan doluydu buludların arası, Ağrıyırdı, ağrıyırdı yarası Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?
A)yalnız fonetik
B)fonetik, leksik, qrammatik
C)fonetik, qrammatik
D)fonetik, leksik
E)leksik, qrammatik

Sual ID - 1716

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Ana ona dörd gündən sonra bayramdır martın 21-dir” cümləsində sözlərdən sonra hansı durğu işarələri yazılmalıdır?
A)tire, tire
B)vergül, tire
C)vergül, nöqtə
D)vergül, sual
E)tire, nöqtə

Sual ID - 1717

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Mürəkkəb cümləni göstərin :
A)Necə deyərlər, istər ictimai həyatda, istərsə də evdə çox fəal idi.
B)O, işini yaxşı görər, amma heç vaxt özünü tərifləməzdi.
C)Şükufənin qəlbində artıq tufan başlamışdı.
D)Mirzə, biz yazırıq, ya bizə yazırlar.
E)Bir dəfə öpməklə burda torpağı Duymazsan dünyanın səadətini.

Sual ID - 1718

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı cümlələr müəyyən şəxsli deyil?
1.Axı bahar nəfəsində həyat qüvvəsi var.
2.Qonağa “get” deməzlər, altından palazı çəkərlər.
3.İndi hara gedirsiniz?
4.Onun bəxti yənə gətirdi.
5.At öləndə itin bayramıdır.
A)2,4,5
B)1,5
C)3,4,5
D)1,3,4
E)1,2,3

Sual ID - 1719

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
”Qonşu payı qarın doyurmaz” cümləsindəki isimlərin hallarını müvafiq ardıcıllıqla müəyyənləşdirin:
1.adlıq
2.yiyəlik
3.təsirlik
A)2,1,1
B)1,3,2
C)2,1,3
D)2,1,2
E)1,2,3

Sual ID - 1720

Müəllif: Rahim1994 (Əlavə edilib: 28.01.2012)
Hansı cümlələrdəki əvəzliklər uzlaşma əlaqəsinin əsas tərəfidir?
1.Könülüm keçir Qarabağdan Gah o dağdan , gah bu dağdan.
2.Mən onun gözü ilə cahana baxımə
3.Kim daha gərəkdir ana vətənə.
4.Hansı dağın maralısan?...
A)1,4
B)2,3
C)1,3
D)2,4
E)3,4
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed