ABADsif [fars.] 1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen. Abad şəhər. Abad kənd. - Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi. H.Sarabski. Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır. N.Rəfibəyli.
// Ümumiyyətlə, yaxşı, müntəzəm, səliqəli, mədəni, yaxud yaxşı təchiz və təmin olunmuş, yaxşı vəziyyətdə olan. □ Abad edilmək - b a x abadlaşdırılmaq. Abad etmək (eləmək) - b a x abadlaşdırmaq. Zəhmət qoymaq, kəndlərimizi abad etmək, yaşayışımızı yaxşılaşdırmaq öz əlimizdədir. T.Ş.Simurq. [Şair:] Biz bu dünyaya xarabalıqları abad etməyə gəlmişik. Ə.Məmmədxanlı. Abad olmaq b a x abadlaşmaq. Bunlar hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər. N.Nərimanov. Tənimdə qalmayıb bir xali yer qəmzən xədəngindən; Olur abad hər mülkün ki, adil olsa sultanı. Q.Zakir. Abad olsun! Evin abad olsun! - təşəkkür, razılıq, məmnuniyyət, təqdir bildirən ifadədir. Etdi bir cam ilə təmir dili-viranı; Meyfüruşun görəyim xanəsi abad olsun! S.Ə.Şirvani. [Qoca:] Çörək verdin, yedim, evin abad olsun! Ə.Haqverdiyev. məc. klas. Şən, şad. Dağıldı qüssədən abad gördüyün könlüm. Heyran xanım. ...abad [fars.] Xüsusi isimlərə qoşularaq şəhər, kənd, yer adları düzəldilir; məs.: Cəlilabad, Sabirabad və s. Paylaşın - Hamı bilsin
|