A1 (ID - 1)Azərbaycan əlifbasının birinci hərfi. Həmin “a” sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir. C.Məmmədquluzadə.
|
A2 (ID - 2)nida. 1. Sözlərə qoşularaq çağırış, xitab, müraciət bildirir. A dostlar! A başına dönüm! A balam! - [Murov:] A kişi, mən səni üç gecədir axtarıram. M.F.Axundzadə. A quşlarım, getməyin; Məni qəmgin etməyin! A.Səhhət. [Ağabacı:]...
|
AB (ID - 3)is. [fars.] klas. 1. Su.
□ Abi-bəqa b a x abi-həyat. Abi-heyvan(i) - b a x abihəyat. Əzib ləli qatıb abi-heyvana; Qənd ilə yoğurub dil-dodaq çəkib. Q.Zakir. Abihəyat - həyat suyu, dirilik suyu (əfsanələrə görə, guya zülmətdə... |
ABA1 (ID - 4)is. [ər.] köhn. Müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq uzun kişi paltarı (əslində ərəb milli paltarıdır). Kişi çıxardı ki, ağaya yüzlüklər bəxş edərdi; atlar,...
|
ABA2 (ID - 5)is. məh. 1. Ata.
2. Böyük bacı (hörmət üçün böyük qadına da deyilir). |
ABA (ID - 6)is. [ər. “əb” söz. cəmi] Atalar, atababa.
□ Abavü əcdad - ata-babalar, əcdad, nəsil, babalar. Mərhum Mirzə Cəmal öz tarixində Pənah Əli xanın abavü əcdadı şənində belə yazır.. F.Köçərli. |
ABAD (ID - 7)sif [fars.] 1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen. Abad şəhər. Abad kənd. - Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi. H.Sarabski. Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır....
|
ABADAN (ID - 8)b ax abad. Abadan kənd tüstüsündən bəlli olur. (Ata. sözü).
□ Evin abadan - b a x ev. |
ABADANLANMAQ (ID - 9)bax abadanlaşmaq.
|
ABADANLAŞDIRILMA (ID - 10)“Abadanlaşdırılmaq”dan f.is.
|
ABADANLAŞDIRILMAQ (ID - 11)b a x abadlaşdırılmaq.
|
ABADANLAŞDIRMA (ID - 12)“Abadanlaşdırmaq”dan f.is.
|
ABADANLAŞDIRMAQ (ID - 13)b a x abadlaşdırmaq.
|
ABADANLAŞMA (ID - 14)“Abadanlaşmaq”dan f.is.
|
ABADANLAŞMAQ (ID - 15)b a x abadlaşmaq.
|
ABADANLIQ (ID - 16)is. 1. B a x abadlıq. Hərə bir əl qoysa abadanlığa; Kəndimiz böyüyüb bir şəhər olar. S.Vurğun. [Kəndlilər] bir yerdə işləsinlər; .. hökumət bu işə kömək də edir, pul da buraxır, maşın da verir, abadanlıq üçün lazımi...
|
ABADLAŞDIRILMA (ID - 17)“Abadlaşdırılmaq”dan f.is.
|
ABADLAŞDIRILMAQ (ID - 18)məch. Abad edilmək, yaşayış üçün lazım olan hər cür şəraitlə təmin edilmək, yaxşı və mədəni hala salınmaq. Dehlinin ətrafında çoxlu yeni evlər tikilmiş, şəhər xeyli abadlaşdırılmışdır. M.İbrahimov.
|
ABADLAŞDIRMA (ID - 19)“Abadlaşdırmaq”dan f.is.
|
ABADLAŞDIRMAQ (ID - 20)“Abadlaşmaq”dan icb.
|
ABADLAŞMA (ID - 21)“Abadlaşmaq”dan f.is.
|
ABADLAŞMAQ (ID - 22)f Abad olmaq, yaxşılaşmaq, yaşayış üçün lazım olan hər cür şəraitlə təmin olunmaq. Kəndlərimiz abadlaşır.
|
ABADLIQ (ID - 23)is. 1. Hər hansı bir yerdə əhalinin yaşayışına lazım olan şərait və vəsait. Şəhərin abadlığına çox diqqət yetirilir.
Bakıda gedən quruculuq və abadlıq işlərinin sürət və vüsətini rayon mərkəzlərinə köçürməliyik.... |
ABAJUR (ID - 24)is. [fr.] Gözü işıqdan qorumaq üçün lampaya keçirilən örtük, qalpaq. İpək abajur. Şüşə abajur. Süd rəngli abajur.
|
ABAJURLU (ID - 25)sif. Abajuru olan, üstü abajurla örtülü. Abajurlu lampa. - [Qadın] sonra qolumdan tutub çəhrayı abajurlu elektrik çırağının altında durmuş ağ örtüklü stola tərəf çəkdi. İ.Əfəndiyev.
|
ABAK (ID - 26)is. [yun.] 1. arxit. 1. Sütun başlığının dördbucaqlı şəklində olan yuxarı hissəsi.
2. Qədim yunanların və romalıların hesab lövhəsi. |
ABALI (ID - 27)is. köhn. Aba geymiş, əynində aba olan.
|
ABASBƏYİ (ID - 28)is. Çox şirin, şirəli, ətirli yay armudu növü. Armud növləri Azərbaycanda qədim zamanlardan bəri becərilir və halhazırda bir sıra .. nararmudu, abasbəyi, daşarmudu kimi yerli qiymətli armud sortları geniş becərilir. H.Qədirov.
|
AB(B)ASI (ID - 29)is. [xüs. is.-dən] 1. Dördşahılıq (iyimiqəpiklik) metal pul. Cibimdə bir abbası pulum var. - [Hacı Qara:] Bu kasad bazarda mənim bir şahım yoxdur, abbasını haradan alıram? M.F.Axundzadə.
2. tar. İranda Şah Abbas dövrünə aid sikkə... |
AB(B)ASILIQ (ID - 30)is. dan. 1. B a x ab(b)ası. Ab(b)asılığı xırdalamaq.
İyirmi qəpik dəyərində olan, iyirmiqəpiklik. İki abbasılıq marka aldım. [Bayraməli bəy:] Axır sənin dədən də həmişə, bilirəm, kənddə səkkiz abbasılıq çay içir, sən... |
ABBASİLƏR (ID - 31)is. tar. Bağdad xəlifələri sülaləsi (750-1258). Harunərrəşiddən sonra abbasilərin istiqlaliyyət bünövrəsinə rəxnə düşdü. A.Bakıxanov.
|
ABCO (ID - 32)is. [fars.] Arpa suyu, pivə. [Mübaşir Məmməd:] Sən öl, gecəni xoş keçirmək üçün abcodan yaxı şey yoxdur. M.İbrahimov.
|
ABDAL (ID - 33)[ər.] 1. is. Sərsəri, avara, dərbədər. Gözəllərin olar xümsü zəkatı; Nə aşiqə, nə abdala yetişməz. Aşıq Ələsgər. Yetişdim bir kəndə eylədim sual; Qapı-qapı gedib olmuşam abdal. Miskinli Məhəmməd.
// Söyüş mənasında.... |
ABDALLAŞMAQ (ID - 34)f. Abdal olmaq, sərsəri olmaq.
|
ABDALLIQ (ID - 35)is. Axmaqlıq, sərsərilik, səfillik.
|
ABDAR (ID - 36)sif. [fars.] 1. Sulu, şirəli, təravətli, lətafətli. Özündən oldu meyə bəzmdən kənar olmaq; Qələtdi bəhs ləbi-ləli-abdarınla. Q.Zakir. Nazənin qız .. yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdar ləblərinə...
|
ABDARLIQ (ID - 37)is. Mənalılıq, parlaqlıq, gözəllik, təravət. Kəlamın abdarlığı.
|
ABDƏST (ID - 38)b a x dəstəmaz.
□ Abdəst almaq - dəstəmaz, namazdan qabaq əl-üzü yuma. Abdəst almadan namaz qılmaq olmaz. Qalın Oğuz bəgləri arı sudan abdəst aldılar. “Dədə Qorqud”. |
ABDƏSTXANA (ID - 39)[fars.] köhn. bax ayaqyolu.
|
ABDUQ (ID - 40)is. Su qatılmış qatıq; atılama, ayran.
|
ABERRASIYA (ID - 41)is. [lat.] fiziol. 1. Həqiqətdən yayınma.
məc. Göz aldanması. |
ABGƏRDƏN (ID - 42)is. [fars.] Misdən, alüminiumdan və s.-dən qayrılmış uzunsaplı çömçə.
|
ABGUŞT (ID - 43)is. [fars.] köhn. Bozbaş, piti. Məşədi getdi, abgüştü öz əlində buğlanabuğlana gətirdi.. C.Məmmədquluzadə. Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Ə.Haqverdiyev.
|
AB-HAVA, ABÜ HAVA (ID - 44)is. [fars. ab və ər. həva] Bir yerin, ölkənin iqlimi, təbiət (su, hava, isti-soyuqluq) cəhətdən vəziyyəti. Firontək iddiayə düşsəm nə əcəb; Çox zövqlidir abü həvası Misrin. S.Ə.Şirvani. [Şeyx Sənan:] İştə Qafqaz! Səfalı...
|
AB-HAVALI (ID - 45)sif. Yaxşı iqlimi olan, səfalı. Təbiətcə zəngin, ab-havalı və sakit bir yerə getmək qərarına gələn Şamil də Araz ilə Günəşin olduğu həmin kəndə gəlib çıxdı. A.Şaiq.
|
ABXAZ (ID - 46)is. Abxaziyanın əsas əhalisini təşkil edən xalqın adı və bu xalqa mənsub adam. Abxaz xalqı. Abxaz dili.
|
ABXOR (ID - 47)is. [fars.] köhn. Su içmək üçün qab, parç.
|
ABI (ID - 48)sif. Açıq-göy, mavi rəngli. Abı çit. Abı kağız. - Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çalpapağıma işarə edir. S.S.Axundov.
|
ABIR (ID - 49)is. [fars.] 1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət. [Zibeydə:] Axır mənim də özümə görə adım, abrım var! M.F.Axundzadə. [Gövhər:] İndiyədək abır, ismət saxladıb məni.. N.Vəzirov. [Birisi:] Məgər mən öz abrımdan...
|
ABIR-HƏYA (ID - 50)is. b a x abır 1-ci mənada.
Abır-həyadan salmaq - biabır etmək, rüsvay etmək. [Babacan:] ..Yazıq Kamalı abır-həyadan salıb. Ə.Əbülhəsən. |
Bu səhifə dəfə baxılıb