ALOVLU (ID - 1201)sif. 1. Şiddətlə yanan, parlayan, alov çıxan.
məc. tənt. Hərarətli, atəşin, ehtiraslı, coşqun. Alovlu salamlar. Alovlu nitq. Alovlu sözlər. Alovlu baxışlar. // Hiddətdən qıpqırmızı olmuş. Bu halda [Toğrulun] alovlu gözləri... |
ALOVLULUQ (ID - 1202)is. Ehtiraslılıq, qızğınlıq, coşqunluq, hərarətlilik.
|
ALOVSAÇAN (ID - 1203)sif. Odsaçan, od püskürən, atəşin, alovlu; hərarətli, qızğın.
|
ALP (ID - 1204)is. və s. qəd. Qədim türk ordusunda xüsusi zümrə təşkil edən adamların yalnız qılınc və qan bahasına qazanaraq aldıqları titul. Alp ərə qorxu vermək eyib olur. “Dədə Qorqud”
|
ALPİNİST (ID - 1205)[xüs. is.-dən] Alpinizm ilə məşğul olan adam, dağ turisti. İlk alpinist klubları.
|
ALPİNIZM (ID - 1206)[Alp dağları adından] Dağ turizmi; uca dağların təpəsinə, buzlaqlara çıxmaqdan ibarət idman növü. Alpinizm tədbirlərinin təşkili. Beynəlxalq Alpinizm Assosiasiyası İttifaqı. Alpinizmdə xüsusi ləvazimatdan istifadə olunur.
|
ALT (ID - 1207)is. 1. Bir şeyin aşağı hissəsi, üstünün əks tərəfi, səth üzərinə qoyulan tərəfi. Qənddanın altı. Dibçəyin altı. Qutunun altı. Çəlləyin altı qopdu.
// Örtülü bir şeyin üst tərəfinin əksi, aşağısındakı yer. Damın... |
ALTAĞIZ (ID - 1208)is. zool. Çəki balıqlarının çayların dibində yaşayan bir növü.
|
ALTDAN (ID - 1209)zərf 1. Aşağı tərəfdən, alt tərəfdən. Altdan tutub qaldırmaq.
məc. Gizli, xəlvəti. [Gədə:] Mən onların altdan söydüyünü görmüşəm. S.Rəhimov. altdan-altdan zərf b a x altdan 2-ci mənada. [Nabat] əlaltı özünə paltar... |
ALTDAN-ÜSTDƏN (ID - 1210)zərf Yalan, düzgün olmayaraq. [Xan qəti bir səslə:] Düzünü de görüm, necə oldu? - dedi, - bax, birini altdan-üstdən desən, başın cəllad əlindədir! Çəmənzəminli.
|
ALTDAN-YUXARI (ID - 1211)zərf Aşağıdan-yuxarı. Aqil altdan-yuxarı Həbibin üzünə baxdı. Ə.Vəliyev.
|
ALTERASİYA (ID - 1212)[lat.] mus. Musiqi kökündə əsas səsin yarım ton, yaxud bütöv ton zilləşdirilməsi (yüksəldilməsi) ya da, əksinə, bəmləşdirilməsi (aşağı salınması). Alterasiya işarələri. - ..Artırılmış sekunda, triton orta tonlarının alterasiya...
|
ALTERNATİV (ID - 1213)is. [/T.] 1. Bir-birini istisna edən imkanlardan hər biri.
2. Bir-birini istisna edən imkanlardan birini seçmə. Alternativ öhdəlik. |
ALTI (ID - 1214)miqd. s. Beşdən sonra gələn ədəd - 6.
altı-altı zərf Hər birinə, yaxud hər dəfəsinə altı. Dəftərləri altı-altı ayırmaq. Əsgərlər altı-altı sıraya düzüldülər. |
ALTIAÇIQ (ID - 1215)1. sif. Alt tərəfi açıq olan.
2. is. məh. Talvar. |
ALTIAÇILAN (ID - 1216)is. dan. Çaxmağı ilə lüləsi arasında altı güllə tutan, hərlənən topu olan tapança.
|
ALTIAVARLI (ID - 1217)sif Üç cüt avarı olan. Altıavarlı qayıq.
|
ALTIAYLIQ (ID - 1218)sif. 1. Altı ay, yarım il davam edən və ya davam etmiş. Altıaylıq hesabat. Altıaylıq bir dövr. Altıaylıq möhlət. Məsələnin altıaylıq bir tarixi var.
Yaşı altı ay olan, yarımillik. Altıaylıq uşaq. Altıaylıq buzov. Altıaylıqda... |
ALTIBARMAQ (ID - 1219)sif. Əlində və ya ayağında altı barmaq olan.
|
ALTIBAŞLI (ID - 1220)sif. Altı təpəsi, ucu, başı olan. Altıbaşlı dağ. Altıbaşlı ağac.
|
ALTIBUCAQ (ID - 1221)is. hənd. Altı bucağı olan cisim.
|
ALTIBUCAQLI (ID - 1222)sifi Altı bucağı olan. Altıbucaqlı cisim.
|
ALTICƏHƏT (ID - 1223)sif. Altıtərəfli, altı tərəfı olan.
|
ALTICƏRGƏLİ (ID - 1224)sif. Altı cərgə (sıra) şəklində olan, altı sıra şəklində düzülmüş, altı cərgədən ibarət olan. Altıcərgəli əkin.
|
ALTIDÜYMƏ (ID - 1225)sif. dan. Ölçüsü altı düymə olan. Altıdüymə taxta. Altıdüymə mıx.
|
ALTIGÜLLÜK (ID - 1226)is. məh. Yer altında yuva tikən göy rəngli bir quş.
|
ALTIGÜNLÜK (ID - 1227)1. sif. Altı gün sürən və ya sürmüş. Altıgünlük müddət. Altıgünlük səyahət.
2. is. Altı gündən ibarət müddət. Aprelin birinci altıgünlüyü. Altıgünlüyün birinci günü. |
ALTIQATLI (ID - 1228)sif 1. Altı mərtəbəsi olan. Altıqatlı ev. Altıqatlı şkaf.
2. Altı qatı, altı layı olan. Altıqatlı karton. Altıqatlı mədən yatağı. Altıqatlı faner. |
ALTILIQ (ID - 1229)1. sif Ölçüsü (eni, hündürlüyü, qalınlığı) altı düymə (və s.) olan. Altılıq taxta. Altılıq mismar.
2. is. Oyun kağızlarında altı xalı olan vərəq, yaxud altı nömrəli şey. Altılıq kart. |
ALTIMANATLIQ (ID - 1230)sif Altı manata dəyən; qiyməti altı manat olan. Altımanatlıq parça. Altımanatlıq köynək.
|
ALTIMƏRTƏBƏ(Lİ) (ID - 1231)sif. Hündürlüyü altı mərtəbə olan, altıqatlı. Altımərtəbə(li) ev.
Nəhayət, trest altımərtəbəli yaşayış evinin üstündə durmuşdu. M.İbrahimov. |
ALTINCI (ID - 1232)sıra s. Sıra ilə beşincidən sonra gələn ədəd. Altıncı sinif. Altıncı sıra. Həftənin altıncı günü (şənbə). - Nəriman ilk cərgədən altıncı adam idi. Qabaqda dayanmağından məmnun idi. Mir Cəlal.
|
ALTISAATLIQ (ID - 1233)sif Altı saat sürmüş və ya sürən; altı saat vaxt tələb edən. Altısaatlıq iş günü. Altısaatlıq yol.
|
ALTITARLALI (ID - 1234)sif. k.t. Altı ildən bir dövr edən (əkin dəyişmə). Altıtarlalı təsərrüfat. Altıtarlalı əkin.
|
ALTIÜZLÜ (ID - 1235)sif. hənd. Altı üzü olan həndəsi cisim.
|
ALTIYANLI (ID - 1236)b a x altıüzlü.
|
ALTIYAŞAR (ID - 1237)sif Altı yaşında olan. Altıyaşar uşaq.
|
ALTIYAŞLI (ID - 1238)sif Yaşı altı olan. Altıyaşlı Ədalət də iş görür, kömək edirdi. Mir Cəlal.
|
ALTLIQ (ID - 1239)is. 1. Bir şeyi saxlamaq üçün onun altına qoyulan şey, dayaq və s. Dibçək altlığı.
Bünövrə, əsas, dayaq, bir şeyin aşağı hissəsi, altı. Heykəlin altlığı. Abidənin altlığı mərmərdəndir. Ayaqqabının altına vurulan... |
ALTMIŞ (ID - 1240)miqd. s. Altı onluq; əlli doqquzdan sonra gələn ədəd - 60. Əllisində əlif qəddin bükülər; Altmışında ön dişlərin tökülər.. “Koroğlu”. Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil. M.Ə.Sabir.
|
ALTMIŞINCI (ID - 1241)sıra s. Sıra ilə əlli doqquzuncudan sonra gələn ədəd. Altmışıncı illər. Altmışıncı səhifə. Altmışıncı ildönümü.
|
ALTMIŞLIQ (ID - 1242)sif Altmış yaşlı, altmış yaşında. Yamaqlı çarşabı altından altmışlıq bir qadın yaşıl damarları çıxmış gəmik əli ilə bir kağız parçasını uzadaraq: - Oğul, al bu kağızı oxu, gör kimə veriləcək? - dedi. A.Şaiq.
|
ALTO (ID - 1243)[ital.] mus. 1. Xor, yaxud vokal ansambllarında bəm qadın və ya uşaq səsləri ilə ifa olunan partiya.
// Bu səslə oxuyan adam. 2. Skripkaya oxşar, lakin ondan bir qədər böyük, 4 simli musiqi aləti. // Alçaqsəsli nəfəslə... |
ALTRUİZM (ID - 1244)[/r.] Başqasının naminə, təmənnasız olaraq, öz mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsip. Altruizm prinsipinin mənşəyi Qədim Şərqin əxlaq haqqındakı təsəvvürləri ilə bağlıdır.
|
ALTUN (ID - 1245)is. Qızıl. Sənə gülşəndə nisar etmək üçün, hər nərgis; Götürübdür başa altun dolu bir sim təbəq. Füzuli. [Aydın:] Dünyada hakim bir qüvvət varsa, o da altun, yenə altundur. C.Cabbarlı. Payız günəşi ətrafındakı kolların...
|
ALT-ÜST (ID - 1246)zərf Qarmaqarışıq, pozğun, nizamsız, bərbad bir halda. Gəldim bütün kağızlarımı alt-üst gördüm.
□ Altını üstünə çevirmək - b a x alt-üst etmək (eləmək) 1-ci mənada. Gecə yarısı [qorodovoylar] Feyzullanın arvadını,... |
ALU (ID - 1247)[fars.] b a x alı. Dedi: “Meylin olurmu aluyə; Təmi meyxoş qızıl gavaluyə?” M.Ə.Sabir.
|
ALUDƏ (ID - 1248)[fars.] Tutulmuş, mübtəla; vurulmuş, məftun. Biz ol aludeyi-dərdik ki, cami-mey dəvamızdır. S.Ə.Şirvani.
□ Aludə olmaq - 1) tutulmaq, mübtəla olmaq, qapılmaq, başı qızışmaq. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki,... |
ALUDƏLİK (ID - 1249)is. 1. Bir şeyə aludə olmuş adamın halı; mübtəlalıq.
Böyük həvəs, şövq. Firidun ədəbi əsərləri atəşin bir aludəliklə (z.) təhlil edərdi. M.İbrahimov. Mədəd .. böyük bir səylə və aludəliklə məktubun axırıncı cümlələrini... |
ALUNİT (ID - 1250)[fr.] miner. Zəy daşı. Daşkəsən yaxınlığında olan Zəylik alunit yatağının çox böyük əhəmiyyəti vardır. M.Qaşqay.
|
Bu səhifə dəfə baxılıb