İzahlı lüğət

AĞIRLIQ (ID - 501)

is. 1. Ağır şeyin halı (yüngüllük ziddi). Yükün ağırlığı. Daşın ağırlığı.
Ağır şey, yük. Ağırlıq qaldırmaq. Ağırlıq qaldıran idmançı. - Qəssab bilmədi ki, bu xalqın nədən; Özü ağırlıqda qəm yükü vardır......

AĞIRSANBALLI (ID - 502)

b a x ağır 14-cü mənada.

AĞIRSƏNGİN (ID - 503)

sif. [ağır və fars. səngin] Ağırtəbiətli, ciddi, təmkinli.

AĞIRSIMAQ (ID - 504)

məh. b a x ağırlaşmaq 6-cı mənada.

AĞIRTAXTALI (ID - 505)

sif. dan. Təşəxxüslü, ağır, azdanışan, özünü ciddi göstərməyə çalışan. Mehdiqulu ağırtaxtalı bir oğlandı, hələmhələm canına isti keçməzdi. Mir Cəlal.

AĞIRTƏBİƏT(Lİ) (ID - 506)

b a x ağır 14-cü mənada. Ağırtəbiətli adam. - Nurəddin .. anasından sonra birdən-birə dəyişir, .. ağırtəbiətli bir uşaq olur. S.S.Axundov.

AĞIRTƏRPƏNƏN (ID - 507)

sif. Ağır hərəkət edən və ya çox ağır-ağır iş görən, tələsməyən, atil. Ağırtərpənən adam.

AĞIRTƏRPƏNİŞLİ (ID - 508)

b a x ağırtərpənən.

AĞIRYANA (ID - 509)

sif. dan. 1. Münasib, yaraşan, ləyaqətli. Ağıryana paltar.
2. Ağır, ciddi. Ağıryana adam.

AĞIRYÜKLÜ (ID - 510)

sif. Ağır yüklənmiş, ağır yüklər daşıyan. Ağıryüklü qatar. - Ağıryüklü fayton .. bir döngədə aşıb, oxu və çarxı sındı. S.S.Axundov.

AĞIR-YÜNGÜL (ID - 511)

is. Ev şeyləri, müxəlləfat, şey-şüy (bəzən qiymətli şeylər, qızılgümüş mənasında da işlənir). Lotular qalxıb hərə öz yorğan-döşəyini və evdə olan, ağırdan-yüngüldən nə varsa yığışdırandan sonra, İsfahan deyib,...

AĞIRZƏHMLİ (ID - 512)

sif. dan. Qorxunc, dəhşətli, çox acıqlı, üz-gözündən acıq tökülən, heybətli, çox zəhmli.

AĞIZ1 (ID - 513)

is. 1. İnsan və heyvanların üzlərinin alt tərəfındə, alt və üst çənələri arasında yerləşən, yeyib-içməyə və səs çıxarmağa məxsus üzv. Ağzını yaxalamaq. Ağzı ilə nəfəs almaq. Ağzı acı dadmaq. Dişsiz ağız. Ağız...

AĞIZ2 (ID - 514)

b a x ağuz.

AĞIZAALINMAZ (ID - 515)

sif. Çox biədəb, ədəbsiz, nalayiq. Ağızaalınmaz söz.

AĞIZABAXAN (ID - 516)

sif. dan. Öz fikri olmayıb, başqalarının sözü ilə hərəkət edən.

AĞIZBAAĞIZ (ID - 517)

zərf 1. Tamam, lap dolu, ləbələb, ağzına qədər. Qab ağızbaağız doludur. Qazanı ağızbaağız doldurmaq. Teatrın zalı ağızbaağız camaatla doludur. - Gecə isə çənlər ağızbaağız neftlə dolardı. H.Sarabski.
2. Ağızdan-ağıza,...

AĞIZ-BURUN (ID - 518)

is. dan. Surət, sifət.
// Zahiri görünüş, görkəm. [Pası:] Ucqardakı ağzıburnu hisli kaha kimindir? S.Rəhimov.
□□ Ağız-burun bəhəm eləmək - təşəxxüslənmək, özünü çəkmək, həddini aşmaq, başa çıxmaq, qudurmaq....

AĞIZ-BURUNLU (ID - 519)

sif. dan. Görkəmli, zahiri görkəmi yaxşı, abırlı.

AĞIZCIQ (ID - 520)

AĞIZDAN (ID - 521)

zərf 1. Şifahi olaraq, yazı ilə deyil, dil ilə, dilcavabı. Ağızdan söyləmək.
2. Əzbər, əzbərdən. Şeri ağızdan bilmək.

AĞIZDANDOLMA (ID - 522)

sif. köhn. Keçmişdə lüləsi ağzından doldurulan tüfəng və s. Ağızdandolma tüfəng. - Adamın diqqətini, hər şeydən əvvəl, həyətin baş tərəfindəki ağızdandolma yoğun lüləli bir top cəlb edirdi. P.Makulu.

AĞIZDOLUSU (ID - 523)

zərf 1. Özünün doğru, haqlı olduğuna inanaraq, təşəxxüslə, lovğa-lovğa. Ağızdolusu demək. - [Qurban Mərəndinin] Marağanın meyvə bağlarından, quru əriyinin məziyyətlərindən ağızdolusu danışaraq, üç ildə bir dəfə də...

AĞIZLAMAQ (ID - 524)

f. dan. 1. Ağzı ilə qoparmaq, ağzı ilə dartmaq, ağzını toxundurmaq.
2. məc. Töhmətləndirmək, acıqlanmaq, üstünə qışqırmaq; nəsihət vermək.

AĞIZLAŞMA (ID - 525)

“Ağızlaşmaq”dan f.is.

AĞIZLAŞMAQ (ID - 526)

qarş. 1. Bir-biri ilə sözləşmək, söz-sözə gəlmək; dillə dalaşmaq, söyüşmək. Qoca .. Dağbaşevlə ağızlaşdığını və heç kəsi vecinə almadığını bir daha nəzərindən keçirirdi. S.Rəhimov. Mən ömrümdə söyüşməmişəm....

AĞIZLI (ID - 527)

sif. 1. Ağzı olan (b a x ağız1 2-ci mənada). Ağızlı şüşə. Ağızlı qab.
Kəsici tərəfi olan (alət və s. haqqında). Bir odlu vulkandan yadigarmıdır; O xəncər ağızlı daş çalpaları? S.Vurğun.
məc. dan. Dilli, dilavər,...

AĞIZLIQ (ID - 528)

is. 1. Duru şeyləri bir qabdan başqa ağzı dar qaba tökmək üçün yuxarısı enli, aşağısı dar cihaz; qıf.
Qab və s.-nin ağzına qoyulan qapaq, tıxac və s.
Atın və başqa heyvanların ağzına vurulan saman torbası.
// Qapan...

AĞIZOTLUQ (ID - 529)

is. köhn. Çaxmaqlı tüfəngin və ağızdan doldurulan topun ağızotu tökülən yeri.

AĞIZOTU (ID - 530)

is. köhn. Keçmişdə çaxmaqlı tüfəngi və ağızdan doldurulan topu atmaq üçün onların ağızotluğuna tökülən barıt.

AĞIZSIZ (ID - 531)

sif. 1. Ağzı olmayan (b a x ağız1 2 və 5-ci mənalarda).
Küt, kəsərsiz (silah və s.).
məc. dan. Dilsiz-ağızsız, sözü keçməyən, sözü kəsərsiz; aciz, məzlum, fağır, cəsarətsiz. O, çox ağızsız adamdır. Adam bu qədər...

AĞIZSIZLIQ (ID - 532)

is. dan. Ağzında kəsər olmama, sözü keçməmə, dilsizlik; acizlik məzlumluq, fağırlıq, cəsarətsizlik.

AĞIZSÜRÜTMƏSİ (ID - 533)

b a x ağızucu. Tütünçüoğlu bu haqda danışmağa könlü yoxmuş kimi ağızsürütməsi dedi.. M.S.Ordubadi. Həmzə ağızsürütməsi bir neçə şey dedi. Ə.Əbülhəsən.

AĞIZUCU (ID - 534)

zərf Könülsüz, etinasız, başdansovma. Kişi bir az fikirləşdi, sonra ağızucu cavab verdi. S.Rəhimov. Xanpəri qardaşı oğlunun suallarına ağızucu cavab verib onu başdan eləməyə çalışdı. Ə.Vəliyev.

AĞKİRPİK (ID - 535)

is. bot. Xalq arasında heyvanlar üçün dərman kimi işlədilən bir ot.

AĞKÖYNƏK(Lİ) (ID - 536)

is. Köhnə məişətdə: aşura günü əyninə ağ köynək geyərək, baş yaran mövhumatçı. ..Qurban kəsmək, imam təziyəsi və qışqırıqlı və cəlallı məhərrəm təziyəsi və ağköynək büsatı olardı. C.Məmmədquluzadə. Ağköynəklər...

AĞQANADLI (ID - 537)

sif. Qanadları ağ olan. Məktəb damına qonub bu ağqanadlı quşlar; Güldü ağızdolusu qəhrəmanlarla birgə. S.Rüstəm.

AĞQIZIL (ID - 538)

b a x platin.

AĞQOYUNLULAR (ID - 539)

cəm, tar. XV əsrdə Cənubi Azərbaycanda və ona qonşu olan bəzi ölkələrdə hakimiyyət sürmüş oğuztürkmən qəbilələrindən biri.

AĞQVARDİYAÇI (ID - 540)

is. tar. Ağ qvardiya (b a x qvardiya) sıralarında olub, sovet hökuməti əleyhinə mübarizə etmiş adam. [Dəmirov:] Görünür ki, haranın ağqvardiyaçısı isəgəlib, buradagizlənibdir. S.Rəhimov.
// Sif. mənasında. Ağqvardiyaçı...

AĞLABATAN (ID - 541)

AĞLABATMAZ (ID - 542)

sif. Ağıl qəbul etməyən, ağla sığmayan, məntiqə uymayan, məntiqsiz.

AĞLABATMAZLIQ (ID - 543)

is. Ağıl qəbul etməmə, ağla sığmamazlıq, inanıla bilməməzlik, məntiqə uymamazlıq, məntiqsizlik.

AĞLADICI (ID - 544)

sif. 1. Ağladan, gözyaşardıcı. Ağladıcı qaz. Ağladıcı bomba.
2. Təsirli, yanıqlı, acmacaqlı, təəssüflü. Ağladıcı səs. Ağladıcı sözlər. Ağladıcı hadisə. Ağladıcı vəziyyət.

AĞLAGƏLMƏZ (ID - 545)

sif. İmkansız, təsəvvür edilməsi mümkün olmayan, həqiqətə uyğun olmayan; fövqəladə; çox böyük, çox güclü. Ağlagəlməz hadisə. Ağlagəlməz hiylə. Ağlagəlməz fikir. - [İmran:] İnsanın həyatında çox qəribə, ağlagəlməz...

AĞLAĞAN (ID - 546)

sif. və is. 1. Çox ağlayan, həmişə ağlayan, tez-tez ağlayan. Ağlağan uşaq. - Çoxlarının bezdiyi və uzaq qaçdığı.. ağlağan uşaqları Nazimə sanki əfsun ilə ələ alır, sakit edir(di).. Mir Cəlal.
məc. Həmişə halından...

AĞLAĞANLIQ (ID - 547)

is. 1. Tez-tez, daim ağlamaq xasiyyəti.
2. məc. Həmişə halından şikayət və narazılıq etmək xasiyyəti, həmişə öz həqiqi vəziyyətini pis göstərməyə çalışmaq xasiyyəti.

AĞLAMA (ID - 548)

1. “Ağlamaq”dan f.is.
2. məc. Fəryad. Nəriltisi, ağlaması onun bənzər tufana; Göz yaşının qətrələri sıçrar o yan-bu yana. A.Səhhət.

AĞLAMAQ (ID - 549)

f 1 Şiddətli ağrı, ruhi sarsıntı və ya başqa bir ağır təəssürat nəticəsində göz yaşı axıtmaq. Sevincdən ağlamaq. Sancıdan ağlamaq. Uşaq ağlayır. - Gözüm yaşı qəmimdən ağlamaqdan döndü dəryaya; Məni axır həlak eylər...

AĞLAMALI (ID - 550)

sif. Pis, faciəli, çox ağır, acmacaqlı. [Cahan:] A balam, ağlamalı günlər keçdi, indi isə sevinməli, xoşlanmalı günlərimiz gəlibdir. Ə.Haqverdiyev.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed