İzahlı lüğət

ATLI (ID - 2101)

1. sif. At minmiş, süvari. Atlı qoruqçu. Meşənin dalından bir neçə atlı əsgər göründü. - Rüxsarə başını qaldırıb atlı adama baxdı. S.Rəhimov. [Süleyman bəy:] A kişi, gəzməyin elə bir ləzzəti piyada getməkdir, atlı (z.)...

ATLIAĞAC (ID - 2102)

is. məh. Ağacla oynanılan uşaq oyunlarından birinin adı.

ATLIQARIŞQA (ID - 2103)

is. Adi qarışqadan iri, ayaqları uzun, uzunsov və itigedən qarışqa növü.

ATMA (ID - 2104)

“Atmaq”dan fis. və s. Atma nizə. Ən qədim insanların ilk atma silahı daş, ağac parçası və s. idi.

ATMACA (ID - 2105)

is. Birinə sataşmaq məqsədi ilə, yaxud zarafatla deyilən kinayəli söz. [Mindilli:] Yusif atmaca ilə danışma. S.Rəhman. Gülsənəmin atmacasından sonra heç kim dinmirdi. M.Hüseyn. Nərgizin atmacaları, Həbibin eyhamları səmərə vermədi....

ATMACALAMA (ID - 2106)

“Atmacalamaq”dan f.is.

ATMACALAMAQ (ID - 2107)

f Atmaca söyləmək, söz atmaq. Monarxistlərdən daha mürtəce bir professor olmaq necə? - deyə Səlim dözə bilməyib atmacaladı. M.Hüseyn.

ATMACALI (ID - 2108)

sif. Atmaca mahiyyətində olan. Atmacalı söz. Atmacalı-atmacalı (z.) danışmaq.

ATMAQ (ID - 2109)

f 1. Bir şeyi əlindən buraxaraq yaxına, ya uzağa tullamaq, fırlatmaq. Yol daşını yol quşuna; Atma, qardaş, kərəm eylə. Xətayi. [Usta] ..əlindəki gül dəstəsini yemək masasının üstünə atdı. M.Hüseyn. Nisa kömür qabını yerə...

ATMİLÇƏYİ (ID - 2110)

is. zool. Atların qanını sormaqla qidalanan milçək növü.

ATMİNƏN (ID - 2111)

is. Yaxşı at sürən adam, minici.

ATMOSFER (ID - 2112)

[yun.] 1. Yer kürəsini və bəzi başqa planetləri, habelə Günəş və ulduzları bürüyən qazaoxşar təbəqə. Günəşin şəffaf hissəsinə onun atmosferi, atmosferdən alt qata isə fotosfer deyilir. - [Şahsuvarov:] Mənə hər dəqiqə...

ATOM (ID - 2113)

[yun.] 1. Kimyəvi elementin nüvədən və elektrondan ibarət ən kiçik hissəsi. Atom enerjisi. Atom nüvəsinin radiusu təcrübədə ölçülə bilər. Atom kvant mexanikası qanunlarına tabe olan mikroskopik sistemdir. Atom bombası. Atom çəkisi.
2....

ATOMÇU (ID - 2114)

ATOMİSTİK (ID - 2115)

sif. Atomistikaya, atomizmə aid olan. Atomistik nəzəriyyə.

ATOMİSTİKA (ID - 2116)

[yun.] bax atomizm. Atomistikanın əsas inkişaf mərhələləri.

ATOMİZM (ID - 2117)

[yun.] fəls. Materiyanın daim hərəkətdə olan əbədi, bölünməz və xırda zərrələrdən - atomlardan ibarət olduğunu iddia edən materialist nəzəriyyə (bu nəzəriyyə ilk dəfə eramızdan qabaq VI əsrdə qədim hind filosofları və...

ATRİBÜT (ID - 2118)

[lat.] 1. Fəlsəfədə: hadisənin ayrılmaz, daimi, zəruri əlaməti, xassəsi. Hərəkət materiyanın ayrılmaz atributudur. Bəziləri hətta təfəkkürü materiyanın atributu adlandırmışlar.
2. Qrammatikada: təyin (cümlə üzvü).

ATRİBUTİV (ID - 2119)

sif. qram. Atributa (2-ci mənada) aid, atribut mahiyyətində olan; təyini, təyin kimi işlənilən.

ATRİBUTİVLİK (ID - 2120)

“Atributiv”dən mücər.

ATROPİN (ID - 2121)

[yun.] Təbabətdə ağrıkəsən dərman və s. kimi işlənilən alkaloidlərdən biri. Atropinin sulfat duzu məhlulu.

ATSİFƏT (ID - 2122)

sif. dan. Sifəti çox yekə və uzun. Jandarmların yanında dayanmış qoca atsifət bir arvad .. bu qadınları axtarmağa başladı. S.Rəhman.

ATŞABALIDI (ID - 2123)

is. bot. Xarici görünüşcə şabalıd ağacına oxşayan bəzək bitkisi (ağac). Atşabalıdının vətəni Cənubi Avropadır. Ağacları kürəyəbənzər çətir əmələ gətirir, boyu 15 m-dən hündür olur. Uzun saplaqlı yarpaqları qarşı-qarşıya...

ATTAŞE (ID - 2124)

[fr.] dipl. Bir ölkənin başqa ölkədəki diplomatik nümayəndəliyində müəyyən sahə üzrə mütəxəssis konsultant kimi çalışan diplomatik işçi. Hərbi attaşe. Mətbuat attaşesi. Ticarət attaşesi.

ATTESTASİYA (ID - 2125)

[lat.] İşçinin bilik və bacarığını yoxlayan komissiyadan keçməsi. İşçilərin attestasiyadan keçməsi tələb olunur.

ATTESTAT (ID - 2126)

[lat.] 1. Orta məktəbi bitirmək və ya xidmət haqqında şəhadətnamə. Mənim 20 yaşında olan oğlum Rəşid bəy Axundov 2 il bundan qabaq Tiflis klassik gimnaziyasının tam kursunu bitirərək, elmləri öyrənməsinə dair lazımi attestat...

ATTRAKSİON (ID - 2127)

[fr.] Sirkdə, ya estradada tamaşa proqramının tamaşaçıların nəzərini ən çox cəlb edən hissəsi.
// Mədəniyyət və istirahət parkında əyləncə.

ATÜSTÜ (ID - 2128)

AUDİTORİYA (ID - 2129)

[lat.] 1. Mühazirə, məruzə dinləmək, iclas, məşğələ və s. keçirmək üçün zal, otaq və s. Tələbələr auditoriyaya doluşdular.
2. Mühazirə, məruzə, nitq və sairə dinləyənlər. Özünə auditoriya tapmış pəltək natiqlər...

AUKSİON (ID - 2130)

[lat.] Müzayidə ilə satış; bir mülkün, malın və ya başqa bir şeyin açıq satışa qoyulması (belə satışda mal, mülk və ya şey, ona ən yuxarı qiymət verən adama çatır); hərrac. Auksionun keçirilməsi vaxtı və yeri əvvəlcədən...

AUL (ID - 2131)

is. Dağıstanda, Mərkəzi Asiyada məskun məntəqə, kənd.

AVADANLIQ (ID - 2132)

is. 1. Ev şeyləri, müxəlləfat, dir-dirrik. Evinə avadanlıq almaq.
2. Bir iş üçün lazım olan təchizat və ləvazimat; maşınlar, alətlər, cihazlar, mexanizmlər, qurğular və s. Bəziləri hətta işdən kənar vaxtda elektrik stansiyası...

AVAM (ID - 2133)

sif. [ər.] Oxumamış, savadsız. Avam adam. - Naçalnik Qurbanəli bəyə cavab verdi ki, Kərbəlayı Qasım qanmır, avamdı. C.Məmmədquluzadə. [Tahir:] Usta, məni o qədər də avam hesab etmə. Mən zəmanəmizin qədrini yaxşı bilirəm. M.Hüseyn.
...

AVAMCASINA (ID - 2134)

zərf Avam adam kimi, heç bir şeyi başa düşməyən adam kimi; cahilcəsinə. Məşədi Kazım ağa .. avamcasına güldü. M.S.Ordubadi.

AVAMLIQ (ID - 2135)

is. Cahillik, cəhalət, savadsızlıq, mədəni gerilik, mədəniyyətsizlik. [Kor kişi] tamamilə əski həyatın bir yadigarı idi. Əlbisəsinin tərzi, biçimi avamlığını .. andırırdı. S.Hüseyn.
// Sadəlik mənasında. [Səriyyə] sadəliyindən,...

AVAMYANA (ID - 2136)

b a x avamcasına.

AVAND (ID - 2137)

is. Bir şeyin, xüsusən, toxunmuş şeyin üst tərəfi, sığallı tərəfi; üz. Bu parçanın astarı avandından yaxşıdır.
// Sif. mənasında. Parçanın avand tərəfi. - Qiraətxananın ortasındakı uzun masanın üstü isə .. avandına...

AVANDLAŞDIRMAQ (ID - 2138)

f. Yaxşılaşdırmaq, düzəltmək, sahmanlaşdırmaq, sahmana salmaq.

AVANDLAŞMA (ID - 2139)

“Avandlaşmaq”dan f.is.

AVANDLAŞMAQ (ID - 2140)

f. Yaxşılaşmaq, düzəlmək, sahmanlaşmaq, sahmana düşmək, qaydaya düşmək.

AVANI (ID - 2141)

sif. məh. Ehtiyatlı, tədbirli. Aslan bəy bir az avanı oğlandır, o, işini möhkəm aparıb, heç zad eyləyə bilməzsən. N.Vəzirov.

AVANQARD (ID - 2142)

[fr.] Ön dəstə, qabaqcıl dəstə; pişdar.
// məc. Hər hansı bir ictimai qrupun, sinfin kütləni öz arxasınca aparan qabaqcıl hissəsi.

AVANQARDLIQ (ID - 2143)

is. Qabaqcıllıq; rəhbərlik. İşçi sinfinin avanqardlıq rolu.

AVANS (ID - 2144)

is. [fr.] Əvvəlcədən ödəmə, beh. Avans almaq. Avans vermək.
2. Müəyyən xərclər üçün qabaqcadan verilən pul. Ezamiyyətə getmək üçün idarədən avans almaq. Avans almaq hüququ.

AVANTÜRA (ID - 2145)

[fr.] Təsadüfi müvəffəqiyyət ümidi ilə edilən şübhəli təşəbbüs, həqiqi qüvvə və şəraiti nəzərə almadan görülən iş; xətərli təşəbbüs, macəra. ..Miss Hanna avantüranı sürətlə hiss edən, .. bərkə düşərsə özünü...

AVANTÜRAÇI (ID - 2146)

is. Macəraçı, macəra axtaran, avantüra düzəldən, fırıldaqçı.

AVANTÜRAÇILIQ (ID - 2147)

is. Avantüraya meyil (b a x avantüra).

AVANTÜRİST (ID - 2148)

[fr.] bax avantüraçı. Rayon işçiləri çox Möhlətov kimi avantüristlərin maskasını yırtmışdır.. Mir Cəlal. [Şahsuvarov:] İnsan nə qədər avantürist olmalıdır ki, belə işlər tutsun. İ.Əfəndiyev. [Çar] hökuməti .. canilərin,...

AVANTÜRİZM (ID - 2149)

[fr.] b a x avantüraçılıq.

AVAR1 (ID - 2150)

is. Qayığı sürmək üçün kürək, qayıqçı kürəyi. Avar çəkmək. - Şamil bütün qüvvəti ilə avar çəkərək, qayığı gölün o biri sahilinə doğru sürürdü. A.Şaiq. Bədən tərbiyəsi hərəkətləri ilə, xüsusən idmanın...

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed