İzahlı lüğət

AVAND

is. Bir şeyin, xüsusən, toxunmuş şeyin üst tərəfi, sığallı tərəfi; üz. Bu parçanın astarı avandından yaxşıdır.
// Sif. mənasında. Parçanın avand tərəfi. - Qiraətxananın ortasındakı uzun masanın üstü isə .. avandına (z.) bir-birinin üstünə tökülən qəzet, məcmuə və müxtəlif albomlarla dolu idi. Ə.Əbülhəsən.
□□ Avand olmaq, avanda düşmək - uğurlu olmaq, müvəffəqiyyətli olmaq. [Məstəlişah:] Məhzər oxuyuram, xanım, ki işimiz avand olsun. M.F.Axundzadə. [Bədəl:] İt itlə boğuşar, yolçunun işi avanda düşər. Ə.Haqverdiyev. İşin(iz) avand olsun! - müvəffəqiyyət arzusu bildirən ifadə. [Səriyyə:] Salam, bacılar, işiniz avand olsun! M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed