ALÜMİN (ID - 1251)[lat.] Alüminiumdan qayrılmış. Alümin qazan. Alümin qaşıq. - Yarır təyyarəmizin alümin qanadları; Hava dalğalarını, gərib sinə sərt yelə. S.Rüstəm.
|
ALÜMİNİUM (ID - 1252)is. [lat.] kim. Çəkic altında asan döyülüb yayıla bilən gümüş rəngli yüngül metal. Alüminium ancaq birləşmələr şəklində tapılır. Kimyəvi elementlərdən isə alüminium, volfram, nikel, kobalt, qurğuşun və radioaktiv metalların...
|
ALÜMİNİUMLU (ID - 1253)sif. kim. Tərkibində alüminium olan. Alüminiumlu ərintilər.
|
ALVER (ID - 1254)is. Alğı-satqı, ticarət. Xırda alver. Alverlə mübarizə. Alver etmək.
|
ALVERÇİ (ID - 1255)is. Alış-verişlə, alverlə, mal alıb-satmaqla məşğul olan adam; alverçiliyi özünə peşə etmiş adam; ehtikarçı. Burası [Tehranda bir döngə] xırda alverçilərin və bazar alverçilərinin dolandığı yer idi. M.İbrahimov.
|
ALVERÇİLİK (ID - 1256)is. Alverlə məşğul olma, alver işi. Quluda alverçilik damarı vardı. A.Şaiq.
|
ALYANAQ(LI) (ID - 1257)sif. Yanaqları qırmızı. Alyanaq uşaq. - Alagözlü, alyanaqlı qız utanaraq qumral saçlarını üzünə örtüb, ürkmüş maral kimi evə qayıdır. H.Sarabski.
|
AL-YAŞIL (ID - 1258)is. köhn. Al-yaşıl rəngli ipək parça. Əziziyəm bizə gəl; Al-yaşıl gey, bizə gəl. (Bayatı). [Heydər bəy:] Amma buranın xalqı belə firəng çitinə hərisdir ki, onu görəndə al-yaşılın üzünə baxmırlar. M.F.Axundzadə.
|
AM (ID - 1259)is. [ər. “əvam” söz. təki] Adi xalq kütləsi, adi camaat, adi adamlar (xas ziddi). Bəzm əhlinə növbət ilə ver cam; Həm xas riayət eylə, həm am! Füzuli. Bəsdir daha tənqid elədin xas ilə amı; Çox yazma, danışma, daha tul etmə...
|
AMAC (ID - 1260)is. [fars.] klas. Nişanə, hədəf, nişangah. Kim, İbni-Səlami etdi gərdun; Amaci-xədəngi-ahi-Məcnun. Füzuli. Amacisinəmi növgi-mujganın; Qoyub nişanəyə gözlər, nə gözlər! Nəbati. Mən demədimmi sənə, başda otur tac tək; Durma...
|
AMADƏ (ID - 1261)zərf [fars.] Hazır, hazırlanmış, müntəzir. Keçən şəb bir məkanda bir nigarisadə gördüm mən; Xədəngi-qəmzəsin can almağa amadə gördüm mən. S.Ə.Şirvani.
Ovçu Pirim oğlu Camal xanın çıxmayacağını görüb, evi tamamilə... |
Amadə (ID - 1262)olmaq - hazır olmaq. Verdin keçən il borcuna yorğanını, neylim; Ol indi palaz satmağa amadə, əkinçi! M.Ə.Sabir. [Səlimi:] Mənim fikrim yavaş-yavaş kiçik bir dəstə hazırlamaqdır. Amadə olmaq lazımdır. M.İbrahimov.
|
AMADƏLİK (ID - 1263)is. Hazırlıq, hazır vəziyyət, müntəzirlik. Üç-dörd günün müddətində hamı müntəxib olunan kəslər göründü və hamısı şurişə meyil və amadəlik göstərirdilər. M.F.Axundzadə.
|
AMAL (ID - 1264)is. [ər. “əməl” söz. cəmi] tənt. Qayə, məqsəd, arzu, ümid, dilək. Mən gedərsəm, var olsun amalım! Yaşasın şəhriyari-hürriyyət! M.Ə.Sabir. And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolundan, böyük amalımız yolundan...
|
AMALQAMA (ID - 1265)[fr. əsli ərəbcədən] kim. Bəzi metalların civə ilə əmələ gətirdiyi ərinti, xəlitə. Amalqama maye yarımmaye və ya bərk halda ola bilər.
|
AMAN (ID - 1266)is. [ər.] 1. Əmin-amanlıq, əmniyyət, təhlükəsizlik, qorxusuzluq, dinclik.
Möhlət, macal, imkan. □ Aman vermək - macal vermək, imkan vermək, vaxt vermək, rahat buraxmaq. [Molla İbrahim Xəlil:] Gümüş xahiş edənlər bir mərtəbədə... |
AMANABƏND (ID - 1267)b a x amanatabənd.
|
AMANATABƏND (ID - 1268)zərf 1. Bir şeyi etməyə hazır, bəhanə gözləyən, bir himə bənd, işarəyə bənd.
2. Sınıq-salxaq, davamsız; uçulmaq, dağılmaq, yıxılmaq üzrə olan. |
AMANI (ID - 1269)b a x amanatabənd.
|
AMANSIZ (ID - 1270)sif. Rəhmsiz, mərhəmətsiz, rəhm bilməyən, mərhəmət bilməyən; barışmaz. Amansız zərbə. Amansız ölüm. Düşmənlərə qarşı amansız (z.) olmalı! - [Səriyyə] mübarizə etmək, amansız taleyi ilə üz-üzə durmaq iqtidarında...
|
AMANSIZCA(SINA) (ID - 1271) zərf Amansız bir surətdə, rəhm etmədən, yazığı gəlmədən; çox sərt bir surətdə. Amansızcasına mübarizə etmək. Üsyançılara amansızcasına divan tutuldu. Amansızcasına cəza vermək.
|
AMANSIZLIQ (ID - 1272)is. Rəhmsizlik, mərhəmətsizlik; barışmazlıq, sərtlik; şiddət. Mübarizənin amansızlığı. - Bütün bunlar, elə bil, düşmənlərin amansızlığını, inad və qətiyyətini daha da artırmışdı. Ə.Əbülhəsən.
|
AMAN-ZAMAN (ID - 1273)sif. dan. Tək, var-yox, yalnız, vahid. Aman-zaman bir oğlu var.
|
AMAZONLAR (ID - 1274)cəm [yun. xüs. is.-dən] mif. Qədim yunan əsatirində: Qara dəniz sahillərində yaşamış və qonşu ölkələrə basqınlar etmiş cəngavər qadınlar. Qafqaz amazonları barədə əfsanələr məlumdur.
|
AMBIL (ID - 1275)is. məh. Xışa qoşulmuş öküzlərin birinci cütü. Qulaməli kəlləri hayqırıb.. ambıl kəlinin yanı ilə addımladı. S.Rəhimov.
|
AMBIR (ID - 1276)is. xüs. Dəmirçilərin, nalbəndlərin işlətdiyi iri kəlbətin.
|
AMBIRAĞIZ (ID - 1277)is. xüs. Məftil kəsmək üçün kiçik kəlbətin.
|
AMBİSİYA (ID - 1278)is. [fr.] Lovğalıq, təkəbbür, təşəxxüs, iddia etmə.
|
AMBULATORİYA (ID - 1279)is. [lat.] tib. Xəstəxanadan kənar müalicə müəssisəsi. Ambulatoriya binası. Ambulatoriya müalicəsi.
|
AMERİKALI, AMERİKAN (ID - 1280)is. Amerika Birləşmiş Ştatlarının əhalisinə mənsub olan şəxs. Drayzer sadə amerikalıların faciəli taleyini təsvir edirdi.
|
AMERİKANIZM (ID - 1281)[xüs. is.-dən] 1. Amerika millətçiliyi.
|
Amerika (ID - 1282)Birləşmiş Ştatlarında ingilis dili xüsusiyyəti.
|
AMFİBİYA (ID - 1283)[yun.] 1. zool. Həm quruda, həm də suda yaşayan heyvan.
bot. Həm quruda, həm də suda bitən bitki. Həm suda, həm də quruda enib qalxa bilən təyyarə, həmçinin suda və quruda hərəkət edən avtomobil, tank. |
AMFİTEATR (ID - 1284)[yun.] 1. Qədim yunanlarda və romalılarda: ətrafında tamaşaçılar üçün yarımdairə şəklində pillə-pillə yüksələn yerlər olan tikili, tamaşagah. Amfıteatrın ortasında arena var idi.
2. Müasir teatrlarda: parterlərin dalında... |
AMFORA (ID - 1285)is. [lat.] Yağ və şərab saxlamaq üçün iki şaquli qulplu yumurta formalı qab. Amfora çox vaxt rəsmlərlə bəzədilirdi.
|
AMİL1 (ID - 1286)is. [ər.] Bir prosesin, hadisənin hərəkətverici qüvvəsi, səbəbi. Hava, torpaq və su kimi təbii amillər insanın həyatında olduqca böyük rol oynayır.
// Səbəb, vasitə. Qorxunun çoxluğu ehtiyatlı olmaq fikrini doğuran birinci... |
AMİL2 (ID - 1287)is. [ər.] köhn. Tacir müvəkkili, ticarət agenti. İstanbulda, Bakıda, Tiflisdə, Batumda onun [Hacı Kamyabın] amilləri var idi. Ə.Haqverdiyev. Amillərə tüccardən artıq əsərin var; Fəthin, zəfərin var. M.Ə.Sabir.
|
AMİLLİK (ID - 1288)is. köhn. Amil vəzifəsi və işi (b a x amil2). [Oğlu atasına:] Rəhman tacir, neçə vaxtdır, mənim dalımca gəzir, məni özünə amilliyə çağırır.. Ə.Haqverdiyev.
|
AMİN (ID - 1289)[ər. əsli qədim yəh.] din. Qəbul olsun, arzun yerinə yetsin, olsun (adətən dua və sənaların axırında söylənir). Əziziyəm, bir amin; Bir dua de, bir amin; Bu gündən məhəbbətim; Artıb sənə birə min. (Bayatı). Camaat da qazıya...
|
AMİNXAN (ID - 1290)[ər. amin və fars. xan] din. Amin deyən, amin oxuyan.
|
AMİR (ID - 1291) |
AMİRANƏ (ID - 1292)zərf və sif. [ər. amir və fars. ...anə] Əmr edərcəsinə, hökm edərcəsinə. Mən istərəm çıxarmağa könlümdən eşqini; Qılmaq itaət əmrimə, pək amiranədir. M.Hadi. Fəhlələr uşağın bu amiranə sözündən gülümsəyərək,...
|
AMİRLİK (ID - 1293)“Amir”dən mücər. ..Mənim bir Şərq kişisi amirliyi ilə dediyim sözlər onu [qızı] təəccübləndirməyə bilməzdi. M.S.Ordubadi.
|
AMMA (ID - 1294)bağl. 1. Cümlələri, habelə cümlə üzvlərini (əsasən həmcins üzvləri) birləşdirərək qarşılıq bildirir. ..Amma şirin dilli, açıq qabaqlı; Könül aşinası, hayıf ki, yoxdur. M.P.Vaqif. Sən bir gözəlcə qönçəsən, amma yabanısan....
|
AMMİAK (ID - 1295)[yun.] kim. Azot ilə hidrogen birləşməsindən əmələ gələn kəskin qoxulu rəngsiz qaz. - Mədən gübrələri ammiak şorasından ibarətdir.
|
AMMONİUM (ID - 1296)[yun.] kim. Bir çox duzların tərkibində olan, sərbəst halda tapılmayan, tərkibi azot və hidrogendən ibarət olan atomlar qrupu (texnika və kənd təsərrüfatında işlədilir). Ammonium duzları.
|
AMNİSTİYA (ID - 1297)[yun.] Ali dövlət orqanının qərarı ilə məhkəmə tərəfindən iş kəsilmiş şəxslərin cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tamamilə azad edilməsi.
// Ali dövlət orqanlarının bu xüsusda verdiyi fərman.... |
AMORF (ID - 1298)sif. [yun.] Formasız, şəkilsiz. Təbiətdə amorf maddələr kristallara nisbətən azdır.
□ Amorf dillər dilç. - sözlərin formal (şəkli) əlamətləri (məs.: sonluqları) olmayan və buna görə də müxtəlif qrammatik əlaqələri... |
AMORTİZASİYA (ID - 1299)[lat.] 1. iqt. Avadanlığın işlənməsi nəticəsində dəyərinin getdikcə azalması.
2. tex. Xüsusi mexanizmlərin köməyi ilə avtomobil, təyyarə və s.-də zərbə və təkan təsirinin azaldılması. |
AMORTİZATOR (ID - 1300)[fr.] Avtomobil, təyyarə və s. maşın və cihazlarda zərbənin təsirini azaldan mexanizm. Yaylı amortizator.
|
Bu səhifə dəfə baxılıb