AĞCAVAZ(A) (ID - 451) sif. məh. Arıq, rəngi solmuş, xəstə, zəif.
|
AĞCİYƏR (ID - 452)sif. Qorxaq, cəsarətsiz, ürəksiz, aciz. Ağciyər adam. - [Məhərrəm:] Sən nə ağciyər adamsan, Fərhad, qoy bir tamaşa edək, görək Səadət xanımın ruhi-rəvanı necə oğlandır. N.Vəzirov.
|
AĞCİYƏRLİK (ID - 453)is. Qorxaqlıq, cəsarətsizlik, ürəksizlik, acizlik. [Kəyan:] Zərər yoxdur, Qulam, ağciyərlikdən ağsaç olmaq yaxşıdır! Ə.Əbülhəsən.
|
AĞDAŞ (ID - 454)is. 1. Tabaşir.
2. Tikintidə istifadə edilən daş növü. Sonralar .. bir ağdaş yonana şagird oldum; daş yona-yona şikəstə oxuyardım. H.Sarabski. |
AĞDƏRİLİ (ID - 455)sif. və is. Dərisinin rəngi ağ olan (adam).
|
AĞDİŞ (ID - 456)is. zool. Məməlilərin cücüyeyənlər dəstəsinə mənsub, ev siçanından kiçik heyvan.
|
AĞGÖZ (ID - 457)sif. dan. 1. Qorxaq, cəsarətsiz, ağciyər.
2. məc. Şiddətli, qarlı, gecə-gündüz qar yağan. Qabaqdan da ağgöz qış gəlirdi. S.Rəhimov. |
AĞGÖZLÜK (ID - 458)is. dan. Qorxaqlıq, cəsarətsizlik, ağciyərlik.
|
AĞGÜN(LÜ) (ID - 459) sif. dan. Xoşbəxt.
□ Ağgünlü olmaq - xoşbəxt olmaq. [Kiçikbəyim Məmməd bəyə dedi:] Ağgünlü olmuş, məni bu yaşımda gör gətirib haralara çıxarırsan. Çəmənzəminli. |
AĞI1 (ID - 460)is. 1. Zəhər. Aşiqə vəfalı bir həmdəm gərək; Həmdəmsiz bal yesə, ona ağıdır. M.P.Vaqif. Məni bir məst qıl, saqi, aman ey gözlərin yağı; Şərabın yox, gətir ağı, qulağın niyə kar olmuş? Nəbati. Məcnun kimi gəzdim səhranı,...
|
AĞI2 (ID - 461)is. Köhnə məişətdə: arvadların ölü üstündə, yasda avazla söylədikləri yanıqlı sözlər. İçəridən ağı səsi gəlirdi. Çəmənzəminli.
□ Ağı demək (oxumaq, çəkmək, tutmaq) - 1) ölünün üstündə ağız açıb ağlamaq.... |
AĞIÇI (ID - 462)is. Köhnə məişətdə: ağlaşma zamanı ağı söyləyən, ölünü oxşayıb ağlayan qadın. [Şirin:] Nurcahan, .. əvvəl ki sən ağıçı idin, balam, sonra bu mərsiyəxanlıq nə idi? N.Vəzirov. Ağıçının gözəl səsi və nisgilli ağısı...
|
AĞIL1 (ID - 463)is. [ər.] 1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka.
// Şüur, idrak. Bu növcavan gülüzlü, xoşsifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. N.Nərimanov. Ağıl deyir, qalmayacaq yer üzündə qandan əsər; Hər... |
AĞIL2 (ID - 464)is. İçərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer. Qoyunlar sağılıb qurtardıqdan sonra, ağılın ağzını açarkən, ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı....
|
AĞILAMA (ID - 465)“Ağılamaq”dan f.is.
|
AĞILAMAQ (ID - 466)f. Ağı vermək, zəhərləmək.
|
AĞILANMA (ID - 467)“Ağılanmaq”dan f.is.
|
AĞILANMAQ (ID - 468)f. 1. Zəhərlənmək.
vulq. Yemək. |
AĞILÇATMAZ (ID - 469)sif. Anlaşılmaz, başadüşülməz, dərkedilməz, həlledilməz. Ağılçatmaz məsələ.
|
AĞILI (ID - 470)sif. Zəhərli.
|
AĞILKƏSƏN (ID - 471)sif. İnanıla bilən, mümkün ola bilən, həqiqətə uyğun olan, ağlabatan. Ağılkəsən iş.
|
AĞILLANDIRILMAQ (ID - 472)məch. Pis yoldan saqındırılmaq, doğru yola sövq edilmək, islah edilmək.
|
AĞILLANDIRMA (ID - 473)“Ağıllandırmaq”dan fis.
|
AĞILLANDIRMAQ (ID - 474)f. Pis yoldan saqındırmaq, doğru yola sövq etmək, düzəltmək, islah etmək.
|
AĞILLANMA (ID - 475)“Ağıllanmaq”dan f.is.
|
AĞILLANMAQ (ID - 476)f. Ağıllı olmaq, ağlını başına yığmaq, düzəlmək, ciddiləşmək, pis işlərdən əl çəkmək. Yaşa dolduqca ağıllaşır. - [Mirpaşa:] Mahmud .. ağıllanmaq əvəzinə məktəbi buraxıb qaçıb kəndə. Z.Xəlil. Yəqin Həpir ağıllanıb,...
|
AĞILLI (ID - 477)sif. 1. Dərrakəli, düşüncəli, şüurlu. Ağıllı adam. - Yusifin arvadı Avropa elmlərindən dadmış bir ağıllı arvad idi. N.Nərimanov. Tərlan ağıllı oğlunun hər kəlməsindən xoşlanırdı. M.Hüseyn
// məc. Tədbirli, öz işini... |
AĞILLI-BAŞLI (ID - 478)sif 1. Yaxşı, layiqli, lazımi şəkildə, qaydalı, sanballı, əməlli. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim, ağıllı-başlı toy elə! M.F.Axundzadə. [Hacı...
|
AĞILLI-KAMALLI (ID - 479)dan. b a x ağıllı 1 və 3-cü mənalarda. [Erkək Tükəzban] batinən ağıllı-kamallı bir türk qadınıdır.. B.Talıblı.
|
AĞILLILIQ (ID - 480)is. 1. Düşüncəlilik, idraklılıq, zəkalılıq, şüurluluq.
// məc. Tədbirlilik. 2. Ağıl üzərində əsaslanma, ağlabatanlıq. Təklifin ağıllılığı. |
AĞILSIZ (ID - 481)sif. 1. Ağıllı olmayan, düşüncəsiz, şüursuz; axmaq, gic. Ağılsız adam.
// məc. Tədbirsiz, öz işini, öz xeyrini bilməyən, ehtiyatsız. 2. Ağla əsaslanmayan, ağla müğayir olan, ağla zidd olan. Ağılsız iş. Ağılsız hərəkət.... |
AĞILSIZLAŞMAQ (ID - 482)/ Getdikcə ağlı azalmaq; səfehləşmək, gicləşmək.
|
AĞILSIZLIQ (ID - 483)is. 1. Ağıl yoxluğu, şüursuzluq, düşüncəsizlik; giclik, axmaqlıq.
Tədbirsizlik, öz işini, öz xeyrini bilməmə; ağılsız hərəkət, iş. Ağılsızlıq etmək. Belə bir hərəkət ağılsızlıq olardı. |
AĞILUMULMAZ (ID - 484)sif Son dərəcə qəzəblənərək, özünü bilməmək dərəcəsinə gəlmiş. Vaqif bu təşəbbüsə qarşı bir söz belə deyə bilmədi, çünki İbrahim xan qəzəblənmişdi, ağılumulmaz (z.) bir halda idi. Çəmənzəminli.
|
AĞILYANA (ID - 485)zərf dan. 1. Ağıl ilə, ağıl üzrə, ağıllı.
// Ağlabatan, ağılkəsən. 2. Təqribən, təxminən, ehtimal üzrə. |
AĞIMSOV (ID - 486)b a x ağımtıl. Ağımsov tüstü onun [Cahandar ağanın] enli dodaqlarının üstünə enmiş qalın bığlarının arasına doldu. İ.Şıxlı.
|
AĞIMTIL (ID - 487)sif. Ağ rəngə çalan, ağa çalar, azacıq ağ. İldırım çaxdıqca hörümçək toru kimi bütün meşəni, ağacların yarpaqlarını, budaqlarını sarmış bu tor ağımtıl bir şəfəqlə parıldayırdı. Ə.Məmmədxanlı.
|
AĞIMTILLIQ (ID - 488)is. Ağ rəngə çalarlıq, açıqağlıq, ağımtıl şeyin halı.
|
AĞIR (ID - 489)sif. 1. Böyük çəkisi, vəzni olan ('yüngül ziddi). Ağır yük. Ağır daş. Ağır çamadan. - Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal. Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza.
... |
AĞIRAYAQ (ID - 490)sif. dan. 1. Mövhumata inananların fikrincə, guya gəlməsi uğursuzluğa səbəb olan, ayağı düşməyən. Ağırayaq adam.
2. Hamilə. |
AĞIRBAŞLI (ID - 491)sif. dan. Çox ciddi, ağır, təmkinli, vüqarlı. Ağırbaşlı adam.
|
AĞIRXASİYYƏT(Lİ) (ID - 492) sif.. [Firidun] ..heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır, ağırxasiyyət və ağıllıdır. M.İbrahimov.
|
AĞIRLAMA (ID - 493)“Ağırlamaq”dan f.is.
|
AĞIRLAMAQ (ID - 494)f. dan. Əzizləmək, hörmət etmək, ehtiram göstərmək, qiymətləndirmək; ucaltmaq, saymaq, qonaq eləmək. Bir içim su ilə ağırlamadın mehmanın. Füzuli.
|
AĞIRLAŞDIRILMA (ID - 495)“Ağırlaşdırılmaq”dan fis
|
AĞIRLAŞDIRILMAQ (ID - 496)“Ağırlaşdırmaq”dan məch.
|
AĞIRLAŞDIRMA (ID - 497)“Ağırlaşdırmaq”dan f.is.
|
AĞIRLAŞDIRMAQ (ID - 498)f. 1. Daha ağır etmək, vəznini, çəkisini artırmaq. Yükü ağırlaşdırmaq.
Yavaşıtmaq, sürətini azaltmaq, ləngitmək. İşin gedişini ağırlaşdırmaq. Sürəti ağırlaşdırmaq. məc. Daha da çətinləşdirmək, daha da zorlaşdırmaq,... |
AĞIRLAŞMA (ID - 499)“Ağırlaşmaq”dan f.is.
|
AĞIRLAŞMAQ (ID - 500)f. 1. Daha ağır olmaq; yükü, çəkisi çoxalmaq. [Sadıq kişi] soyuqda oturduqca, özünə gəldikcə vücudu ağırlaşır, kürəkləri sancır. Mir Cəlal.
Daha çətin olmaq; çətinləşmək, gərginləşmək, mürəkkəbləşmək. İşi... |
Bu səhifə dəfə baxılıb