ANLAŞILMA (ID - 1401)“Anlaşılmaq”dan f.is.
|
ANLAŞILMAQ (ID - 1402)məch. Başa düşülmək, dərk edilmək; məlum olmaq, aydın olmaq. Onun sözlərindən heç bir şey anlaşılmadı. Danışığından anlaşıldı ki, bu gün yola düşəcəkdir. - Azərbaycan xalq musiqisi nəinki yalnız azərbaycanlılar tərəfindən...
|
ANLAŞILMAZ (ID - 1403)sif. Başa düşülməyən və ya başa düşülməsi çətin olan, mənası aydın olmayan. Anlaşılmaz söz. Anlaşılmaz fikir. Kütlə üçün yazılan kitablarda qəliz və anlaşılmaz sözlər işlətməməli. - Gecəyarısı avam camaat məclislərə...
|
ANLAŞILMAZLIQ (ID - 1404)is. 1. Anlaşılmaz şeyin halı.
2. Bir-birini anlamama, başa düşməmə, yaxud yanlış başa düşmə və bunun nəticəsində törəyən hal, keyfiyyət. [Qızıl Arslan:] Aralıqda mövcud olan bütün anlaşılmazlıq, hətta bir para ixtilaflar... |
ANLAŞMA (ID - 1405)“Anlaşmaq”dan fis. Sülhü möhkəmləndirmək üçün bütün imkanlardan istifadə edilir, dövlətlər arasında səmimi anlaşmaya və xeyirxah münasibətlər yaranmasına çalışılır.
|
ANLAŞMAQ (ID - 1406)f Bir-birini anlamaq, başa düşmək, bir-biri ilə razılaşmaq, sazişə gəlmək. Lakin Toğrul Qızıl Arslanla anlaşmaq əvəzinə Azərbaycanda nüfuza malik olan tək-tək adamlarla anlaşmaq və əlaqəyə girməyi düşündü. M.S.Ordubadi....
|
ANLATMA (ID - 1407)“Anlatmaq”dan f.is.
|
ANLATMAQ (ID - 1408)f Başa salmaq, qandırmaq, izah etmək. Mən ki bilməz idim nədir məhəbbət; Bu sirri sən mənə anlatmadınmı? M.Müşfiq.
|
ANLAYAN (ID - 1409)fsif Başa düşən, qanan, mərifətli, qanacaqlı, arif. Işarət eylərəm anlayan dosta; Dostunun qədrini bilən oynasın. M.P.Vaqif. Kişi dövlətinə pasiban gərək; Işarə anlayan, söz qanan gərək. Q.Zakir.
// İs. mənasında. Sübh... |
ANLAYIŞ (ID - 1410)is. 1. Anlaşma, qanma, düşünmə, dərk etmə işi; idrak, ağıl, zəka, fərasət.
Bir şey haqqında məntiqi cəhətdən formalaşmış ümumi fikir, təsəvvür; məfhum. Bir-birinə zidd olan anlayışlar. Ictimai sinif anlayışı. |
ANLAYIŞLI (ID - 1411)sif. Düşüncəli, fərasətli, zehinli, tez başa düşən, tez qavrayan.
|
ANLI (ID - 1412)sif. qəd. Ağıllı, düşüncəli. Qan ilə oynamaz anlı kəslər; Kin ilə kükrəmədə varmı hünər? A.Şaiq.
|
ANMA (ID - 1413)“Anmaq”dan f.is. Anma mərasimi.
|
ANMAQ (ID - 1414)f Yada salmaq, xatırlamaq, yad etmək, yada gətirmək. Nərgis gözünə nigah edərdi; Yarın gözün anıb ah edərdi. Füzuli. Keçən günləri ki, indi bu dəmlər; Dəli könül, əbəs anar, ağlarsan. M.P.Vaqif. Layiqli əməldi səhvi anmaq;...
|
ANOD (ID - 1415)[yun.] fiz. Müsbət elektriklə yüklü elektrod. Anod şüaları.
|
ANOFELES (ID - 1416)[yun.] Malyariya (qızdırma) törədən ağcaqanad.
|
ANONİM (ID - 1417)[yun.] 1. Əsərlərində, məktubunda adını gizlədən müəllif.
2. Müəllifinin adı göstərilməyən əsər, məktub. □ Anonim şirkət iqt. - səhmlərinin üstündə sahibinin familiyası yazılmayan səhmdarlar cəmiyyəti. |
ANONS (ID - 1418)[fr.] Gələcək qastrollar, tamaşalar, konsertlər və s. haqqında qabaqcadan yapışdırılan elan, afişa.
|
ANORMAL (ID - 1419)sif. [yun. a - inkar əd. və lat. normal] Qeyri-normal, qeyri-təbii, ümumi qaydaya uyğun olmayan, ümumi qaydadan kənar. Anormal hadisə. Anormal vəziyyət.
[Rza bəy] Həkimülmülk və Səlimini gözlədiyi zamanda da ruhən belə bir anormal... |
ANORMALLIQ (ID - 1420)is. Qeyri-normallıq.
|
ANRI (ID - 1421)zərf və sif. dan. 1. O yan, o tərəf, o yana, o tərəfə. Anrı gedirəm. - Anrı yanımda arvad səsi gəldi. Qulaq verdim, Ruqiyyə idi. A.Divanbəyoğlu.
Xırım-xırda. Artıq-əskik, yersiz. □□ Anrı-bəri çəkmək - süründürmək,... |
ANSAMBL (ID - 1422)[fr.] 1. mus. Bir yerdə çıxış edən və bir bədii kollektiv təşkil edən çalğıçılar, oxuyanlar və oynayanlar dəstəsi. Sazçı qızlar ansamblı. Mahnı və rəqs ansamblı.
Dram, yaxud musiqi pyesinin artistlər tərəfindən birgə... |
ANSIZ (ID - 1423)sif və zərf Birdən, gözlənilmədən, qəfildən. Ansız ölüm. Ansız hadisə.
|
ANSIZIN (ID - 1424)b a x ansız. Bu zaman ansızın qopan .. bir fırtınadan yer-göy sarsıldı. A.Şaiq. Ansızın çıxan bu ceyranı heç kəs ata bilmədi. Çəmənzəminli. Həmid gedəndən sonra ansızın dəhşətli bir xəzri başladı. Ə.Məmmədxanlı.
|
ANSIZLIQ (ID - 1425)is. Gözlənilməzlik, nagəhanilik; birdən-birə, qəfildən olma.
|
ANŞLAQ (ID - 1426)[alm.] Teatrda, kinoda, sirkdə və s.-də biletlərin satılıb qurtardığını bildirən elan. O teatr ki, bir zaman yanından keçərkən camaat az qala gözünü yumardı, indi ağzına qədər doludur, bəzən teatr, tamaşaya iki gün qalmış...
|
ANTAQONİST (ID - 1427)[yun.] Bir-biri ilə barışmaz düşmən olan. Antaqonist siniflər. Antaqonist və qeyri-antaqonist ziddiyyətlər.
|
ANTAQONİZM (ID - 1428)[yun.] Barışmaz ziddiyyət. Sinfi antaqonizm. Antaqonizm daha kəskin şəkil alırdı.
|
ANTARKTİK (ID - 1429)sif. Antarktikaya aid olan; cənubi, qütbi.
|
ANTARKTİKA (ID - 1430)[yun.] coğr. Yer kürəsinin cənub qütbü sahəsi. Antarktikanın bitkisi zəif inkişaf etmişdir.
|
ANTENA (ID - 1431)[lat.] Radio qurğusunun elektromaqnit dalğalarını yaymaq (radio verilişində) və ya onları tutmaq (qəbul etdikdə) üçün məftillər sistemi. Antenanın işləmə nəzəriyyəsi və quraşdırılma metodları.
|
anti... (ID - 1432)[yun.] Bir sıra xarici sözlərin (isim və sifətlərin) qabağında, onlara əkslik və zidlik mənası verən önlük, məs.: antizərrəcik, antitezis, antisistem.
|
ANTİBİOTİK (ID - 1433)sif. [yun.] biol. tib. Mikrobların artıb törəməsinin qarşısını alan, yaxud onları öldürən antibiotik maddələr.
|
ANTİBİOTİKLƏR (ID - 1434)cəm, biol. tib. Bəzi mikroorqanizmlərin ifraz etdiyi, bu və ya başqa mikrobların artıb törəməsinin qarşısını alan, yaxud onları öldürən kimyəvi maddələr. Antibiotiklər müasir təbabətdə geniş surətdə dərman kimi (penisillin,...
|
ANTİFAŞİST (ID - 1435)[yun. anti... və ital. faşist]
Faşizmin düşməni, faşizmlə mübarizə iştirakçısı. 2. sif. Faşizm əleyhinə yönəldilmiş, faşizmlə mübarizə aparan. Antifaşist təşkilatlar. Antifaşist hərəkatın üzvləri. |
ANTİK (ID - 1436)sif. [lat.] Qədim. Qədim yunan və Roma ictimai quruluşuna, mədəniyyətinə, incəsənətinə aid olan. Antik koloniyaların dövlət quruluşu. Antik fəlsəfə. Antik ədəbiyyat.
|
ANTİNOMİYA (ID - 1437)[yun. antinomia] fəls. Mühakimənin gedişində bir-birinə zidd, lakin eyni dərəcədə əsaslandırılmış hökmün meydana gəlməsi. Semantik antinomiyalar. Antinomiya anlayışı antik dövrdə meydana gəlmişdir.
|
ANTİSEMİT (ID - 1438)[yun. anti... və xüs. semit] Yəhudi düşməni; yəhudiləri sevməyən, onlara nifrət və ədavət bəsləyən adam.
|
ANTİSEMİTİZM (ID - 1439)[yun. anti... və xüs. semit] Yəhudilərə qarşı ədavət, düşmənçilik, nifrət. Antisemitizm səlib səfərləri zamanı geniş şəkil almışdı.
|
ANTİSEPTİK (ID - 1440)sif. [yun.] tib. kim. Mikrobların inkişafına mane olan. Antiseptik maddələr. Antiseptik vasitələr. - Təbabətdə mixək yağı .. diş xəstəliklərinin müalicəsində antiseptik dərman kimi işlədilir. Əliyev.
|
ANTİSEPTİKA (ID - 1441)[yun.] tib. 1. Mikrobları öldürən kimyəvi maddələr vasitəsilə yaraları mikroblardan qoruma və zərərsizləşdirmə üsulu.
2. Bu məqsəd üçün işlədilən dərmanlar, preparatlar. |
ANTİSOVET (ID - 1442)sif. [yun. anti... və rus. sovet] Sovet hökuməti əleyhinə yönəldilmiş, ona düşmən olan. Antisovet şüarlar.
|
ANTİTEZA (ID - 1443)[yun.] 1. Təzad, zidlik, əkslik.
// ədəb. Bir-birinə zidd məfhum və surətlərin qarşılaşdırılmasından ibarət stilistik üsul. Antitezadan əsərin sərlövhəsində də istifadə edilə bilər. B a x antitezis. |
ANTİTEZİS (ID - 1444)[yun.] fəls. mənt. İnkişaf prosesində əsas müddəanın inkarı; tezisə
qarşı qoyulan müddəa. Antitezis Hegel triadasının ünsürlərindən biridir. |
ANTOLOGİYA (ID - 1445)[yun.] ədəb. Müxtəlif yazıçıların əsərlərindən (əsasən, şeirlərindən) ibarət seçilmiş əsərlər məcmuəsi. Azərbaycan şeir antologiyası.
|
ANTON (ID - 1446)anton alması [xüs. is. -dən] payızda yetişən yaşıl-sarı rəngli, turşməzə alma növü. Miçurin 1893-cü ildə meyvələrinin hər biri altı yüz qram gələn anton almasının toxumlarını əkdi. M.Axundov.
|
ANTONİM (ID - 1447)[yun.] dilç. Başqa sözə qarşı əks məna daşıyan söz. Antonimlər fikrin oxucuya qabarıq çatmasına kömək edir.
|
ANTRAKT (ID - 1448)[fr.] 1. Tamaşanın pərdələri, yaxud konsertin hissələri arasında fasilə, tənəffüs.
Opera, balet və ya dram tamaşalarının ayrı-ayrı pərdələri arasında ifa edilən musiqi əsəri. |
ANTROPOLOGİYA (ID - 1449)is. [yun.] İnsanın və insan irqinin mənsub fıziki təşəkkülü və təkəmmülü haqqında elm. Antropologiyanın tədqiqat metodu.
|
ANTROPOLOJI (ID - 1450)sif Antropologiyaya aid olan. Antropoloji tədqiqat. Antropoloji prinsip.
|
Bu səhifə dəfə baxılıb