İzahlı lüğət

AZTAPILAN (ID - 2501)

sif. Nadir, bol olmayan, az-az təsadüf edilən, əldə edilməsi çətin olan, satışda az olan. Aztapılan mallar. Aztapılan şey.

AZTUTUMLU (ID - 2502)

sif. Az şey tutan, tutumu az olan, həcmcə kiçik. Aztutumlu qab.

AZUQƏ (ID - 2503)

is. Qida ehtiyatı, ərzaq ehtiyatı. Azuqə ilə təmin etmək. - Kəndlilər taxıllarını biçib döymüş, ev üçün azuqə saxlayıb, yerdə qalanını satıb nəqd pul etmişlər.. S.S.Axundov. Səriyyə xala və Gülnaz.. evin içini səliqəyə...

AZUŞAQLI (ID - 2504)

sif. Uşaqları az olan. Azuşaqlı ana (ailə). Azuşaqlılardan (is.) alınan vergi.

AZÜRDƏ (ID - 2505)

sif. [fars.] klas. İncimiş, əziyyət çəkmiş, əzab çəkmiş.
□ Azürdə etmək - incitmək, məyus etmək, kədərləndirmək. Bağışla cürmümü, ey şux, kim həyatımda; Çox etmişəm səni azürdə ahü zarım ilə. Q.Zakir.

AZYARPAQ (ID - 2506)

sif. bot. Yarpaqları az və ya seyrək olan.

AZYAŞLI (ID - 2507)

1. sif. Yaşı az olan, kiçik. Azyaşlı uşaq. - Fəhləliyə gedən azyaşlı uşaqlara xozeyinləri heç bir zaman istirahət günü verməzdilər. H.Sarabski.
is. Kiçik uşaq (oğlan, ya qız). Azyaşlılara məxsus oyuncaq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed