İzahlı lüğət

AĞACLI (ID - 401)

sif. 1. Ağacı olan, ağacı çox olan. Ağaclı yer. Ağaclı dərə.
2. Əlində ağac olan. Ağaclı adam. Əli ağaclı.

AĞACLIQ (ID - 402)

is. 1. Çoxlu ağac bitmiş yer, meşəlik yer. ..Buradan dönüb baxanda ağaclıqlar içində qərq olan kənddən heç bir şey görmürsən. Mir Cəlal. Darısqal bir daxma var; Qabağı ağaclıqdır. M.Seyidzadə.
Sif. mənasında. Ağacları...

AĞACMİŞARLAYAN (ID - 403)

sif. Mişarla ağac kəsən, yaxud ağacdan taxta kəsən. Ağacmişarlayan zavod.

AĞACOVAN (ID - 404)

is. zool. Ağac oduncağını və qabığını ovub deşən, sürfəsi olan böcək.

AĞAC-UĞAC (ID - 405)

top. dan. Ağaclar, bir şeyin ağaclardan ibarət olan qismi. Ancaq yağlı dillər tökən Sarımsaq oğlunu neçə gün sonra görməyən Qaçaq Nəbi ağ çadırı söküb, ağac-uğacına qədər pöhrəlikdə gizləmişdi. S.Rəhimov.

AĞACVARİ (ID - 406)

sif. Ağacaoxşar, ağac kimi.

AĞADADAŞ (ID - 407)

is. dan. məh. Kiçik qardaşların böyük qardaşa, yaxud keçmişdə gəlinlərin böyük qayınlarına hörmət üçün verdikləri ad.

AĞADAYI (ID - 408)

is. dan. məh. Böyük dayıya hörmət üçün verilən ad.

AĞAƏMİ (ID - 409)

is. dan. Böyük əmiyə hörmət üçün verilən ad.

AĞALANMA (ID - 410)

“Ağalanmaq”dan f.is.

AĞALANMAQ (ID - 411)

f 1. Qeyri-qanuni yolla sahib olmaq, yiyələnmək, əlinə keçirmək, zəbt etmək.
dan. Özünü ağa kimi göstərmək, lovğalanmaq. Ona bax, nə ağalanır.

AĞALIQ (ID - 412)

is. 1. Hakimiyyət, hökmranlıq.
// Böyüklük, başçılıq.
□ Ağalıq etmək hakimiyyət sürmək, hökmranlıq etmək. Hər əli silah tutan aləmə ağalıq etmək istəyirdi. Mir Cəlal.
// Üstünlük, nüfuz.
2. köhn. Ağaya...

AĞANƏNƏ (ID - 413)

is. dan. Ailənin ağbirçəyinə, hörmətli qadına verilən ad.

AĞAPPAQ (ID - 414)

sif. Tamamilə ağ, lap ağ. Ağappaq qar kimi. Ağappaq süd kimi. Ağappaq köynək. Ağappaq süfrə. -Ağappaq yollardan elə bil bu an; Ağ mərcan taxıbdır dağlar boynuna. B.Vahabzadə. Bacadan burulaburula qalxır; təzə qar kimi ağappaq tüstü....

AĞARAN (ID - 415)

f.sif. 1. Uzaqdan görünən, parlayan (ağ şey haqqında). [Cahandar ağa] Şahnigarın ağaran paltarından başqa heç nə görmürdü. İ.Şıxlı.
2. Rəngi tez solan. Ağaran parça.

AĞARANTI (ID - 416)

is. Süddən hazırlanan məhsullar (qatıq, qaymaq, pendir və s.). Buranın .. ağarantı satan bazarları başqa şəhərlərə görə qayət zəngin idi. M.S.Ordubadi. Bax, odur, tövlədəki sarı düyəni də .. hökumətimiz verib. Sabah, birisi...

AĞARDICI (ID - 417)

sif. və is. 1. Ağartmaqla məşğul olan.
2. Ağartmağa yarayan. Ağardıcı məhlul.

AĞARDILMA (ID - 418)

“Ağardılmaq”dan f.is.

AĞARDILMAQ (ID - 419)

məch. 1. Ağ rəngə boyadılmaq, ağ rəng çəkilmək, sürtülmək. Bayram üçün evlərin divarları ağardıldı.
Üzü köçürülmək, təmiz yazılmaq. Protokolların üzü ağardılmışdır.

AĞARDILMIŞ (ID - 420)

f.sif. 1. Üzünə ağ rəng (əhəng) çəkilmiş, ağ rəngə boyadılmış. Divarları ağardılmış otağın küncləri xırda döşəmələrlə döşənərdi. H.Sarabski.
Soldurulmuş.
Sürtülüb təmizlənmiş, sürtülüb parıldadılmış.
...

AĞARIŞMAQ (ID - 421)

f 1. Ağarmaq, görünmək (çoxlu ağ şey haqqında); ağarmağa başlamaq. Dəmir yolundan o yana .. qamışlıqlar arasında balaca gölməçələr ağarışırdı. M.Hüseyn. Üfüq yavaş-yavaş ağarışırdı; Tarlada üç dəstə qızyarışırdı....

AĞARMA (ID - 422)

“Ağarmaq”dan f.is.

AĞARMAQ (ID - 423)

f. 1. Ağ olmaq, ağ rəng almaq. Divarlar əhənglənəndən sonra yaxşı ağardı. Kətan yuyulduqca ağarar.
Qarla örtülmək, qar basmaq. Qar basmış və ağarıb gedən çöllərdən və təpələrdən başqa bir şey gözə dəymirdi. M.İbrahimov....

AĞARMIŞ (ID - 424)

f.sif. 1. Ağ olmuş, tamamilə çallaşmış. Ağarmış baş, saqqal. - Gəldiyev nəzərini kişinin ağarmış saçlarına salmışdı. Mir Cəlal.
2. Bozarmış, solmuş, rəngi dönmüş, rəngi çevrilmiş. Ağarmış parça.

AĞARTDIRMA (ID - 425)

“Ağartdırmaq”dan f.is.

AĞARTDIRMAQ (ID - 426)

“Ağartmaq”dan icb. Divarları ağartdırmaq. - [Evin qadınları] mis qab-qacağı qalayçıya göndərib ağartdırar, saxsı qab-qacağı quyu üstə töküb .. pak edərdilər. H.Sarabski.

AĞARTI (ID - 427)

is. 1. B a x ağarantı. [Səfər:] Bu indiki inəyi Ağdamdan gətirmişəm. Kənddə böyümüş adamıq, ağartısız dolanmaq olmur. Çəmənzəminli. [Almurad:] Qaldı ağartı məsələsi, o barədə Qızxanımın yaxasından yapış, bu, arvad...

AĞARTMA (ID - 428)

1. “Ağartmaq”dan fis.
məh. Çəltiyi dingdə döyüb qabıqdan çıxartdıqdan sonra hasil olan düyü.
Üzü təmiz köçürülmüş yazı.
□□ Göz ağartması vermək - b a x göz.

AĞARTMAQ (ID - 429)

f 1. Ağ rəngə boyamaq, ağ rəng çəkmək. Divarları ağartmaq. Tavanı ağartmaq. Kətan tufliləri ağartmaq.
// Ağ şeyə sürtüb batırmaq. Üst-başını divara sürtüb ağartmaq.
Soldurmaq, rəngini qaçırtmaq. Günün altında çox...

AĞAYANA (ID - 430)

sif. və zərf 1. Ağa kimi, saymazcasına, amiranə. ..Hacının ağayana səsi daha da ucadan eşidildi: - Hazırla qızı, cümə günü gələcəyəm. Mir Cəlal.
məc. Ağa kimi, çox yaxşı. Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı,...

AĞAZ (ID - 431)

[fars. ]: ağaz etmək köhn. - başlamaq. Nə taledir bu kim, aləmdə ağaz etmədim bir iş. Füzuli. Gündə bir şəbədə ağaz etdin; Çox olan lütfü bizə az etdin. S.Ə.Şirvani.

AĞBAĞIR (ID - 432)

b a x ağciyər.

AĞBALIQ (ID - 433)

is. zool. Nərə balığı sinfindən olan çox iri balıq. Azərbaycan balıqçıları Xəzər sularından qızılbalıq, ağbalıq, nərə, çəki, xəşəm və suf balıqları kimi qiymətli balıqlar tuturlar.

AĞBAŞ (ID - 434)

1. sif. Başı ağ, başı (saçları) ağarmış. Ağbaş kişi. Ağbaş arvad. - Qoca, gödək və ağbaş professor dərs deyirdi. Mir Cəlal.
2. is. köhn. Başı əmmaməli, molla, axund. Hökmdir hakimə, ta hökm edə fərraş arasında; Bölələr...

AĞBAŞLI (ID - 435)

bax ağbaş 1-ci mənada. [Səttar:] Eybi yox, biz də o ağbaşların qabağına başqa ağbaşlıları çıxararıq.. P.Makulu.

AĞBƏXT (ID - 436)

sif. dan. Xoşbəxt, bəxtli, xoşbəxtliyə çıxmış. Gülpəri satılı su ilə doldurub, Məşədi Püstə bacının başına tökərdi. Məşədi Püstə bacı sözü təzələyərdi: - Ağbəxt olasan! Allah sənə bir halal süd əmmiş yetirsin....

AĞBƏNİZ (ID - 437)

sif. 1. Üzü ağ, sifəti ağ. Ağbəniz uşaq. Ağbəniz qız. - Ağbəniz .. oğlan uşağı çəpiş kimi səkidən atılıb qapıya tərəf gəldi. Mir Cəlal.
2. Arıq, zəif, solğun sifətli.

AĞBİRÇƏK (ID - 438)

1. sif. Saçı ağarmış yaşlı, qoca, hörmətli (qadın haqqında). [Fatma xanım:] Məni bu ağbirçək vaxtımda oğru eyləyir. N.Vəzirov. Bir az sonra Vaqifin evində olan ağbirçək qadın .. çıxdı. Çəmənzəminli. Gözündə kainat başqadır...

AĞBİRÇƏKLİ (ID - 439)

b a x ağbirçək 1-ci mənada. Nəzər yetir yurdumuza, min büsat var, cəlal var; Toy paltarı geyinmişdir ağbirçəkli qarılar. S.Vurğun. Şəhər tutmur izdihamı; Küçələrə çıxıb hamı: Cavan oğlan, kiçik uşaq; Ağbirçəkli qoca ana....

AĞBİRÇƏKLİK (ID - 440)

is. dan. Böyüklük, başçılıq (qadın haqqında). Səba yorğan-döşəyə düşdüyündən, Qaraxanın arvadı evin ağbirçəkliyini öz əlinə aldı. S.Rəhimov.

AĞCA (ID - 441)

is. 1. köhn. Pul. Kürə və Misgincə tayfasından on dörd min batman buğda və qırx min dirhəm ağca .. alınıb anbarlara və xəzinəyə yetişirdi. “Dərbəndnamə”. Bizim də bolluca ağcamız olar; Qapımız, bağımız, bağçamız olar....

AĞCAQANAD (ID - 442)

AĞCAQAYIN (ID - 443)

is. bot. Möhkəm oduncaqlı, qollu-budaqlı meşə ağacı. Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır.. Ə.Məmmədxanlı.

AĞCAQAYINLIQ (ID - 444)

is. Çoxlu ağcaqayın ağacı bitən yer, ağcaqayın meşəsi.

AĞCAQOVAQ (ID - 445)

is. bot. Yaşıllaşdırma və tikinti işlərində işlədilən ağac növü.

AĞCALI (ID - 446)

sif. 1. köhn. Pullu, dövlətli, zəngin.
2. Üzərində ağca olan, pullu. Ağcalı balıq.

AĞCALIQ (ID - 447)

is. İnsanda və heyvanda piqmentsizlik nəticəsində saçın, tükün, dərinin qeyri-normal ağarması; albinizm.

AĞCAMATAN (ID - 448)

b a x ağmatan.

AĞCAMAYA (ID - 449)

b a x ağmaya.

AĞCASIZ (ID - 450)

sif. Üzərində ağca (pul) olmayan. Ağcasız balıq.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed