
AĞACLIQis. 1. Çoxlu ağac bitmiş yer, meşəlik yer. ..Buradan dönüb baxanda ağaclıqlar içində qərq olan kənddən heç bir şey görmürsən. Mir Cəlal. Darısqal bir daxma var; Qabağı ağaclıqdır. M.Seyidzadə.
Sif. mənasında. Ağacları çox olan. Ağaclıq yerlərdə yağış çox yağar. Saylarla bərabər - b a x ağac 4-cü mənada. Mənim adətimdir, bir yerdə dustaqxana adı gələndə, gərək iki ağaclıqdan qaçam, yox olam. C.Məmmədquluzadə. Ərəb əmiri Əbü-Müslim Dağıstan tayfalarına buyurdu ki, Xəzər tacirlərini şəhərin bir ağaclığında saxlayıb alver etdikdən sonra geri qaytarsınlar. A.Bakıxanov. is. məh. İri güllü, tikanlı bir ot adı. Paylaşın - Hamı bilsin
|